16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Deputat: “Ofislərin önündə etiraz edin, piket keçirin”
Tarix: 11-10-2021 12:49 | Bölmə: Siyasət
Deputat: “Ofislərin önündə etiraz edin, piket keçirin”

“Siyasi partiyaların Şuşa səfəri gözəl oldu. Bu böyüklükdə ərazini dişini qıcıyan qonşuların əhatəsindən azad etmək böyük qələbədir. Ömründə bir qarış torpaq azad etməyənlərin ağız büzməsi isə onlara başucalığı gətirmir”.

Reyting.az
xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullyev parlamentin bugünkü plenar iclasında deyib.

Deputat bildirib ki, Şuşaya getməkdən imtina etməkdənsə, qələbəyə kölgə salmaqdansa, əməkdaşlıq etdikləri xarici təşkilatlara təsir göstərsinlər: “Qoy gördükləri işlərdən, göndərdikləri məktublardan danışsınlar. Yoxsa, küncdə-bucaqda xaricilərin xoşuna gələn sözlər danışıb, xəyanətə bənzər hərəkətlə xətir-hörmət qazanmasınlar. Maraqlıdır ki, Azərbaycanda olan 3-4 partiya, bir də xaricdə oturub tərbiyəsizlik edənlər bir günlərini belə Ermənistan lobbisinə həsr etmir. Sivil siyasi mübarizə aparmaq əvəzinə müxalifətçiliyi prezident İlham Əliyevə qarşı çirkin mübarizə aparmaqda görürlər. Cənab prezident, hökumətin digər təşkilatları düşmənlərə qarşıdır, bunlar isə prezidentə və hər kəsə qarşı. Məgər biz, burada oturan müxalif siyasi partiyalar mübarizə aparmırıq? Siyasi mübarizə aparırıq. Onların dırnaqarası mübarizəsi isə siyasi yox, qarayaxma, gözdənsalma və namərdcəsinə zərbə vurmaqdır. Savadsız yaramazlar, ailə tərbiyəsi görməyən namərdlər ayın 30 gününü söyüşə, təhqirə həsr edir. Bir gününüzü də Qarabağa həsr edin. Erməni havadarlarının ofislərinin önündə etiraz edin, piket keçirin. Maraqlıdır ki, hələ bəzi ölkələr bu yaramaz tərbiyyəsizləri müdafiə edir. Zaman gələcək ki, hamısını Aftafa Maqsud kimi ölkəyə gətirib mühakimə edəcəklər. Özünə hörmət qoyan bir şəxs belə onları müdafiə etməyəcək”.




Bölməyə aid digər xəbərlər