16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Bakı İnsan Hüquqları Klubu müxalif fəalların həbsindən narahatdır - Bəyanat
Tarix: 11-10-2021 16:30 | Bölmə: Siyasət
Bakı İnsan Hüquqları Klubu müxalif fəalların həbsindən narahatdır
Bakı İnsan Hüquqları Klubu (BİHK) müxalif fəalların həbsindən narahatlığını bildirib.

Reyting.az
-ın “Turan”a istinadla verdiyi məlumata görə, bəyanatda xüsusən, Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsindən, elə həmin partiyanın üzvü Fuad Əhmədlinin və dini fəal Kamran Kərimovun 30 gün və reportyor Anar Abdullanın 15 gün müddətinə inzibati həbsindən narahatlıq ifadə olunur.

BİHK-nin apardığı monitorinq və cinayət işinin materialları Əhmədova qarşı terrorçuluğu maliyyələşdirmə ittihamının sübuta yetirilmədiyini hesab etmək üçün əsas verir. Buna görə ittihamlar obyektiv və hərtərəfli araşdırılmalı və onlara yenidən hüquqi qiymət verilməlidir.

Abdulla, Əhmədli və Kərimovun həbslərinə gəlincə, BİHK onların ictimai fəaliyyətlərinə görə həbs edildikləri qənaətindədir. Yuxarı instansiya məhkəmələri lazımi addımları atmalı, ədalətli qərarlar qəbul etməlidir.

BİHK dövlət qurumları ilə əsassız həbslər və azadlıqdan məhrumetmələr məsələsini müzakirə etmək və problemin həlli və gələcəkdə bu cür halların təkrarlanmasına yol verilməməsi üçün təkliflərini təqdim etməyə hazırdır.




Bölməyə aid digər xəbərlər