Müsavat Partiyasının üzvü həbs edilib
Tarix: 14-10-2021 12:59 | Bölmə: Siyasət
Müsavat Partiyasının üzvü həbs edilib

Müsavat Partiyasının üzvü Rövşən Hüseynov 25 sutka həbs edilib.

Reyting.az
-ın məlumatına görə, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirib ki, Rövşən Hüseynov oktyabrın 13-də küçədə saxlanılıb və Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinə aparılıb. Həmin gün Suraxanı Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 2535.1-ci maddəsi (polisə tabe olmama) ilə təqsirli bilərək həbs edib.

Partiyada fəalın konkret nədə təqsirli sayıldığını bilmirlər. Ona yaxınları ilə əlaqə saxlamağa icazə verməyiblər, vəkil olmadan mühakimə ediblər.

Müsavat Partiyası müdafiə işinə etibarlı vəkil cəlb edəcək və həbsdən apellyasiya verəcək. Partiyada həbsi siyasi motivli hesab edirlər.

Müsavat Partiyasında Hüseynovun həbsini partiyanın yaradılmasının 110 illiyi münasibətilə oktyabrın 11-də Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsinə yürüş ilə əlaqələndirirlər.

Polis Müsavat Partiyası üzvlərinə maneələr yaradıb, Rövşən Hüseynov isə hüquq-mühafizə orqanlarının hərəkətlərinə kəskin etiraz edib.(Turan)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}