Erməni silahlı dəstələri vəziyyəti yenidən gərginləşdirir
Tarix: 14-10-2021 23:08 | Bölmə: Siyasət
Erməni silahlı dəstələri vəziyyəti yenidən gərginləşdirir

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin 14 oktyabr 2021-ci ildə açdığı snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu həlak olub.

Reyting.az
xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu terror-təxribat əməlini kəskin şəkildə qınayır.

XİN-nin Mətbuat Xidməti İdarəsi bildirir ki, Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələrinin törətdiyi bu təxribat Ermənistanın 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir:

"Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi bir vaxtda erməni silahlı dəstələrinin törətdiyi bu təxribat Ermənistan tərəfinin revanşist mövqeyini nümayiş etdirməklə yanaşı, Rusiya sülhməramlılarının fəaliyyətinə əngəl törətmək cəhdlərini göstərir.

Allah Şəhidimizə rəhmət eləsin".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}