Hikmət Hacıyev: “Ermənistan geniş əraziləri susuz qoymuşdu”
Tarix: 16-10-2021 12:00 | Bölmə: Siyasət
Hikmət Hacıyev: “Ermənistan geniş əraziləri susuz qoymuşdu”

"Suqovuşanı işğal edən Ermənistan geniş əraziləri susuz qoymuşdu”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələri ilə bir yerdə işğaldan azad olunan bölgələrə səfəri ilə bağlı “Tvitter” səhifəsində yazıb.

Hikmət Hacıyev qeyd edib ki, prezident İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpus nümayəndələri ilə bir yerdə 2020-ci ilin 10 noyabr tarixindən bu yana sayca 7-ci dəfədir Azərbaycanın azad edilən torpaqlarına səfərə çıxır. “Bu dəfə yolumuz Suqovuşan və Talışa oldu. Suqovuşanı işğal edən Ermənistan geniş əraziləri susuz qoymuşdu”, - H.Hacıyev paylaşımında qeyd edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}