07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Səfir: “İsrail-Azərbaycan tərəfdaşlığı gələcəkdə daha da inkişaf edəcək”
Tarix: 18-10-2021 18:19 | Bölmə: Siyasət
Səfir: “İsrail-Azərbaycan tərəfdaşlığı gələcəkdə daha da inkişaf edəcək”

İsrail səfiri Corc Dik 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə diplomat "Twitter"də paylaşım edib.

Səfir müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına təbrikini çatdırıb.

C. Dik, İsrail və Azərbaycan arasında dərin tərəfdaşlığın və xalqlar arasında əsl dostluğun gələcəkdə daha da inkişaf edəcəyinə və çiçəklənəcəyinə əminliyini ifadə edib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}