Sahibə Qafarova: “Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək”
Tarix: 18-10-2021 23:59 | Bölmə: Siyasət
Sahibə Qafarova: “Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək”

Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının Sədri Əsəd Qeysərə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyi ilə bağlı təbrikə görə təşəkkür edib.

Spiker bu barədə tviterdəki hesabında yazıb: “Hörmətli həmkarım, Pakistan Milli Assambleyasının sədri cənab Əsəd Qeyserə daimi dəstəyinə görə təşəkkür edirəm. Xalqlarımızın ortaq tarixindən qaynaqlanan Azərbaycan və Pakistan arasındakı qardaşlıq əbədi olaraq davam edəcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}