Ceyhun Bayramov: "Azərbaycana qarşı hər hansı təhdid olarsa..."
Tarix: 19-10-2021 13:29 | Bölmə: Siyasət
Ceyhun Bayramov: "Azərbaycana qarşı hər hansı təhdid olarsa..."

“Azərbaycan üçün prioritet məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və həmin yerlərdən olan vətəndaşlarımızın ata-baba yurdlarına qaytarılmasıdır. Azərbaycan bu sahədə sistemli addımlar atır”.

Reyting.az
xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə keçirdikləri birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır: “Bunun üçün Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatların icrası tələb olunur. Azərbaycan öz öhdəliklərinə əməl edir və edəcək”.

Nazir əlavə edib ki, Ermənistanın revanşist və ya əməkdaşlıq seçimini etməsi artıq bu ölkənin özü və vətəndaşlarının gələcəyi üçün verdiyi qərar olacaq: "Azərbaycan tərəfdaşlığa və əməkdaşlığa yönəlik qərarları hər zaman müsbət cavablandırmağa hazırdır”.

O vurğulayıb ki, Azərbaycana qarşı hər hansı bir təhdidlər olarsa, buna adekvat cavab veriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}