Azərbaycan daha beş erməni hərbçini Ermənistana qaytarıb
Tarix: 19-10-2021 19:21 | Bölmə: Siyasət
Azərbaycan daha beş erməni hərbçini Ermənistana qaytarıb

Azərbaycan daha beş erməni hərbçini Ermənistana qaytarıb.

Reyting.az
-ın məlumatına görə, göyərtəsində erməni hərbçilər olan təyyarə artıq Bakıdan İrəvana yola düşüb.

Həmin erməni hərbçilər Azərbaycan Ordusuna qarşı ağır cinayətlər və zorakılıq əməlləri törətmədiklərinə görə geri qaytarılıb.

Bu, Azərbaycan tərəfinin növbəti humanitar addımı kimi qiymətləndirilir.

“Caliber”in “Telegram” səhifəsinin məlumatına görə, Azərbaycanın güc strukturları tərəfindən saxlanılan beş erməni hərbçini ölkələrinə general Rüstəm Muradov aparır.

Onlardan bəziləri 27 may 2021-ci ildə Azərbaycan ərazisinə daxil olmağa cəhd edərkən Kəlbəcərədə saxlanılan diversiya qrupunun üzvləridir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}