Politoloq: “İran rəsmiləri ritorikanı da dəyişərsə, ortaq layihələrə qayıtmaq mümkündür”
Tarix: 20-10-2021 19:48 | Bölmə: Siyasət
Politoloq: “İran rəsmiləri ritorikanı da dəyişərsə, ortaq layihələrə qayıtmaq mümkündür”

“İranın “Mehr” agentliyinin məlumatına görə, iranlı sürücülərin və bu ölkə vətəndaşlarının Ermənistan vasitəsi ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsinə və Laçın rayonuna girişi qadağan edilib. İranın Yollar və Nəqliyyat Agentliyinin nəqliyyat şirkətlərinə göndərdiyi sənəddə bu qadağadan bəhs edilib. Sənədə əsasən, Qarabağ bölgəsi ilə hər hansı bir ticarət müqaviləsinin imzalanması qadağandır”.

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, Tehran bu qadağanı daha əvvəl elan etsəydi, münasibətlərdə hazırki gərginlik yaşanmazdı:

“Ancaq bu azdır, İran rəsmiləri, diplomatları və deputatları Azərbaycanla bağlı davranışlarını dəyişməli, daxili işlərimizə qarışmamalı, hansı dövlətlə tərəfdaşlıq etmək barədə bizə məsləhət verməməlidirlər”.

Politoloq əlavə edib ki, İranın Yollar və Nəqliyyat Agentliyinin qərarına paralel olaraq Azərbaycanla bağlı ritorika da dəyişərsə, yenidən iki dövlət arasında ortaq layihələrə qayıtmaq mümkündür.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}