TBMM-in deputatı: “Qarabağ müharibəsində Türkiyə-Azərbaycan həmrəyliyi türk dünyasına yayıldı”
Tarix: 24-10-2021 11:40 | Bölmə: Siyasət
TBMM-in deputatı: “Qarabağ müharibəsində Türkiyə-Azərbaycan həmrəyliyi türk dünyasına yayıldı”

“Bizim üçün önəmli olan Türkiyə ilə Azərbaycan arasındakı həmrəyliyin Qarabağ müharibəsindən sonra bütün türk dünyasında, bu coğrafi məkanda əks olunmasıdır”.

Bu sözləri Özbəkistanda keçirilən prezident seçkilərini müşahidə edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım jurnalistlərə açıqlamasında deyib.

“Biz bunu arzu edirik. Qardaşlığın, birlikdə olmağın nə qədər önəmli olması Qarabağ müharibəsində nümayiş etdirildi. Bu coğrafi məkanda (türk dünyası-red) da mühüm hadisələr olacaq”/Report.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}