DTX daha bir ilahiyyatçını saxlayıb - Foto
Tarix: 25-10-2021 16:03 | Bölmə: Siyasət
DTX daha bir ilahiyyatçını saxlayıb

"Hacı Cavad" məscidinin keçmiş axundu, şiə ilahiyyatçı Əhliman Rüstəmov bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Reyting.az
-ın məlumatına görə, Əhliman Rüstəmovun oğlu Qasım Rüstəmov “Turan” agentliyinə bildirib ki, atasını evdən aparıblar. Bu zaman mənzildə axtarış aparılıb və dini ədəbiyyat müsadirə edilib. İlahiyyatçının ailəsinə onun saxlanılmasının səbəbini açıqlamayıblar.

Qeyd edək ki, son günlər bir neçə şiə ilahiyyatçı saxlanılıb. Amma onlardan yalnız birinə - Sərdar Babayevə rəsmi ittiham irəli sürülüb. O, Azərbaycan CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.


Əhliman Rüstəmov

Yerli müşahidəçilər dindarların saxlanılmasını son vaxtlar Azərbaycan və İran arasında münasibətlərin gərginləşməsi ilə əlaqələndirirlər. Bütün saxlanılan şəxslər İranyönlü hesab olunurlar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}