17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Sülhəddin Əkbər yenidən partiya sədri seçilib
Tarix: 25-10-2021 17:45 | Bölmə: Siyasət
Sülhəddin Əkbər yenidən partiya sədri seçilib

Oktyabrın 24-də Azad Demokratlar Partiyasının (AzDP) növbəti II Qurultayı keçirilib.

Təşkilatdan verilən məlumata görə, videokonfrans formatında keçirilən Qurultayda öncə AzDP sədri, Siyasi Şurası və MTK-sının hesabatları dinlənilərək qənaətbəxş hesab edilib.

Qurultayda Sülhəddin Əkbər yekdilliklə yenidən partiya sədri seçilib.

Daha sonra 21 nəfərdən ibarət Siyasi Şura və 5 nəfərdən ibarət Mərkəzi Təftiş Komissiyası (MTK) formalaşdırılıb. Məlumatda qeyd olunur ki, tərkibi əhəmiyyətli dərəcədə yenilənən Siyasi Şuraya ikisi qadın olmaqla, 9 yeni üzv seçilib.

Sonda Azad Demokratlar Partiyasının qlobal, regional və ölkədaxili durumla bağlı bəyənatı qəbul edilib, eyni zamanda yeni mərhələdə partiya qarşısında duran əsas vəzifələr müəyyən edilib.

"Azərbaycanın II Qarabağ Müharibəsində qalib gəlməsindən sonra regionumuzda yaranmış yeni geopolitik, geostrateji, geoekonomik durum və inkişaf perspektivləri bizdən, ələlxüsus da dövlətimizdən qlobal, regional və lokal səviyyələrdə gedən proseslərə daha diqqətlə və həssaslıqla yanaşmağı tələb edir", - partiyanın bəyanatında qeyd olunur.

AzDP hesab edir ki, Azərbaycan ətrafında yaranmış yeni beynəlxalq və regional vəziyyət, ələlxüsus da II Qarabağ Müharibəsi dövründə və sonrasında ölkə daxilində yaranmış yeni vəziyyət – millətləşmə və dövlətləşmə prosesinin yeni mərhələyə daxil olması, tarixi yaddaşın təzələnməsi, tarixi-genetik ordu-millət formulasının yenidən işə düşməsi, müzəffər xalqın tələb və gözləntilərinin yüksəlməsi, ümumiyyətlə cəmiyyətimizin və dövlətimizin yeni inkişaf mərhələsinə daxil olması, onun qlobal, regional və lokal – daxili inkişaf meyllərinə adekvat cavab verməsini, ölkəmizin demokratikləşməsini və liberallaşmasını, azad dünyaya inteqrasiyasını, qloballaşmaya aktiv uyğunlaşmasını tələb edir.

"Ən başlıcası, bunu Azərbaycanın milli maraqları – vətənimizin müdafiəsi, demokratik siyasi inkişafı, iqtisadiyyatın hərtərəfli və davamlı inkişafı, ölkəmiz ətrafında əlverişli beynəlxalq əhatənin və daxildə milli birliyin yaradılması tələb edir", - deyə bəyanatda vurğulanır.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}