Almaniya Bundestaqının nümayəndə heyəti Azərbaycana səfər edəcək
Tarix: 26-10-2021 16:20 | Bölmə: Siyasət
Almaniya Bundestaqının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Noyabrın 1-2-si Almaniya Bundestaqının nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Reyting.az
xəbər verir ki, səfərin məqsədi Almaniya Bundestaqının Beynəlxalq Parlament Təqaüd proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçməkdir. Nümayəndə heyətinə Bundestaqın deputatı Karl-Yulius Kronenberq rəhbərlik edəcək.

Qeyd edək ki, İPS proqramı çərçivəsində dünyanın 44 ölkəsindən 120 təqaüdçü 1 mart - 31 iyul 2022-ci il tarixlərində Almaniya Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlament sistemi ilə tanış olmaq imkanı qazanırlar.

[/center]




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}