16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Leyla Abdullayeva: “ASALA üzvünün azadlığa buraxılması terrorçuluğun təşviqinə xidmət edir”
Tarix: 30-10-2021 19:59 | Bölmə: Siyasət
Leyla Abdullayeva: “ASALA üzvünün azadlığa buraxılması terrorçuluğun təşviqinə xidmət edir”

“1982-ci ildə ABŞ-ın Los-Anceles şəhərində Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın həbsdən azad edilməsini pisləyirik. Bir terrorçunun azadlığa buraxılması təhlükəli olmaqla yanaşı, terrorçuluğun təşviqinə xidmət edir".

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva erməni terrorçu Ambik Sassunyanın həbsdən azad edilməsi ilə bağlı suala cavabında deyib.

L. Abdullayeva bildirib ki, həbsdə olarkən, 2012-ci ildə “Hay Zinvor” adlı erməni hərbi jurnalına verdiyi müsahibəsində A. Sassunyanın erməni əsgəri olduğu və Azərbaycanın o zaman işğal altında olan Qarabağ ərazisində döyüşməyə hazır olduğunu bildirməsi bu terrorçunun heç də islah olunmadığını nümayiş etdirir.

XİN rəsmisi əlavə edib ki, Ermənistan KİV-lərində yayılmış məlumata əsasən, bu ölkədə olduğu bildirilən terrorçunun hər hansı şəkildə qəhrəmanlaşdırılması cəhdlərinin qarşısı alınmalıdır.




Bölməyə aid digər xəbərlər