Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinə zəng edib
Tarix: 25-09-2025 22:17 | Bölmə: Slayd
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinə zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Gürcüstan Respublikasının Baş naziri İrakli Kobaxidzeyə zəng edib.

Reyting.az
 xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Baş nazir İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.

İrakli Kobaxidze göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti əsnasında Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri ölkələrimiz arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıq xarakter daşıdığını qeyd edib, əməkdaşlığın müxtəlif sahələrdə inkişafına dair fikir mübadiləsi aparıblar.




Bölməyə aid digər xəbərlər