15:47 / 23-09-2025
Baş Prokurorluqda yeni təyinatlar olub
15:21 / 23-09-2025
Azərbaycan Kuboku: I təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb
15:07 / 23-09-2025
Daha 20 ailə Laçın şəhərinə köçüb - (Yenilənib)
14:59 / 23-09-2025
Daha bir şərhçi “İdman TV”-dən ayrılıb
14:32 / 23-09-2025
Putin NATO-nun öhdəliyini yoxlayır
14:25 / 23-09-2025
Ağdama ilk köç noyabrda olacaq
14:09 / 23-09-2025
SOCAR İtaliya şirkətindən pay alıb
14:06 / 23-09-2025
Cəlaloğlu: Daha bir neçə ölkə ilə hərbi qarşıdurma mümkündür
13:33 / 23-09-2025
Odessanı ballistik raketlə vurublar
13:28 / 23-09-2025
Masallıda antik dövrə aid küp məzar tapılıb
13:06 / 23-09-2025
Şuşanın baş planında yeniliklər edilib
12:53 / 23-09-2025
Tahir Kərimli: "Üzdəniraqları sıxışdırmaq lazımdır"
12:44 / 23-09-2025
Azərbaycanın Uzaq Şərq siyasətinin mahiyyəti
12:20 / 23-09-2025
Sabahın hava proqnozu açıqlanıb
12:16 / 23-09-2025
Dövlət Agentliyinə yeni səlahiyyət verilib
12:09 / 23-09-2025
Əsnəmək iflicə səbəb ola bilər
11:44 / 23-09-2025
"Uşaq Avroviziya 2025": Azərbaycan təmsilçisinin adı açıqlanıb
11:25 / 23-09-2025
Rusiya ordusu Ukraynanın dəmir yollarına hücum edib
11:18 / 23-09-2025
Nüvə müharibəsi riski ən yüksək həddə çatıb - Xəbərdarlıq
10:58 / 23-09-2025
Göyçayda qadına xəsarət yetirən şəxs saxlanılıb
10:55 / 23-09-2025
Ukrayna ordusu rusların hərbi kazarmalarına zərbələr endirib - Foto
10:39 / 23-09-2025
Pezeşkian Azərbaycandan gedən nümayəndə heyəti ilə görüşüb
10:35 / 23-09-2025
Qubada ayılar kəndə hücum ediblər
10:33 / 23-09-2025
Estoniya ərazisində nüvə silahı yerləşdirmək istəyirlər
10:14 / 23-09-2025
Polis əməliyyatı: iki nəfər 30 kq-dan artıq narkotiklə tutulub
10:10 / 23-09-2025
Ceyhun Bayramovla Ararat Mirzoyan ABŞ-da görüşüblər
10:06 / 23-09-2025
"Sədərək Yusif"in qardaşı uşaqlarına cinayət işi açılıb
09:53 / 23-09-2025
Shaman mahnı müsabiqəsindən razı qalıb
18:00 / 20-09-2025

20:01 / 19-09-2025

23:44 / 18-09-2025

21:46 / 18-09-2025

13:58 / 19-09-2025

16:25 / 19-09-2025

11:17 / 20-09-2025

17:16 / 18-09-2025

23:47 / 20-09-2025

14:20 / 22-09-2025

12:20 / 19-09-2025

17:47 / 18-09-2025

Cəlaloğlu: Daha bir neçə ölkə ilə hərbi qarşıdurma mümkündür
Tarix: 23-09-2025 14:06 | Bölmə: Slayd

“Uzun müddət davam edən müharibələr zamanı qonşu ölkələrdə də insidentlər yaranır. Təbii ki, iri dövlətlərin bir-birilə toqquşması istisnadır. Yəni Amerika ilə Rusiya birbaşa toqquşmayacaq, eləcə də İngiltərə, Almaniya və Fransa açıq hərbi qarşıdurmaya daxil olmaz. Amma mümkündür ki, Avropanın kiçik dövlətlərində proksi müharibələr olsun. Çünki II Dünya Müharibəsindən sonra Amerika ilə SSRİ və indi onun varisi olan Rusiya arasında müharibələr üçüncü dövlətlərin ərazisində baş verib. Biz bura Vyetnam, Koreya, Əfqanıstan, Kuba, Efiopiya və Afrikada baş verən savaşları aid edə bilərik. Yəni bu müharibələrdə döyüşən tərəflər əslində Amerika ilə SSRİ idi, lakin özləri bilavasitə savaşda iştirak etmirdilər”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ukraynada və dünyanın digər ərazilərində müşahidə edilən hərbi-siyasi gərginlikdən danışarkən deyib.
S. Cəlaloğlu ehtimal etmir ki, nüvə dövlətləri münaqişələrdə hərbi tərəf kimi iştirak etsinlər. Amma o, Ukrayna ilə yanaşı Polşa, Rumıniya, Estoniya kimi dövlətlərlə Rusiya arasında münaqişəni mümkün sayır və bildirir ki, əgər belə olarsa, Qərb həmin dövlətlərə daha ciddi dəstək verəcək.
Cəlaloğlunun fikrincə, hazırkı vəziyyətdə Rusiyanın müharibəni genişləndirmək niyyəti ağılsızlıq olardı.
ADP sədri əlavə edib ki, Rusiya hakimiyyəti sağlam düşünə bilmir:
“Ukraynada müharibəyə başlamaq Rusiyanın ən böyük səhvlərindən biri idi. Müharibəyə qədər keçmiş müttəfiq ölkələr Rusiya ilə yüksək səviyyəli münasibətdə idi, Avropanın aparıcı dövlətləri ilə əla əlaqələr qurulmuşdu. Amma Ukrayna müharibəsi Rusiya ətrafındakı müttəfiqlərin əksəriyyətini kənarlaşdırdı və indi Rusiya Şimali Koreya və Belarusun ümidinə qalıb. Odur ki, münaqişə genişlənərsə, Rusiya daha çox itirəcək. Nəzərə almaq lazımdır ki, Ukrayna müharibəsində Rusiya hərbi potensialının azı üçdə birini itirib”.
Cəlaloğlu qeyd edib ki, Rusiyada daxili vəziyyət də ağırdır:
“İnterneti izləyən zaman görürük ki, Rusiyada vətəndaşlar zibil qablarından yemək axtarırlar, bəzi rus şəhərləri, xüsusən də Uzaq Şərq boşalır. Məncə, bu proses tədricən Rusiyanın Avropa hissəsinə də sirayət edəcək. Belə bir vəziyyətdə Rusiyanın birbaşa ABŞ, Almaniya, Fransa və İngiltərə kimi dövlətlərlə hərbi münaqişəyə gedəcəyini düşünmürəm, amma Baltikyanı dövlətlərlə, eləcə də Polşa, Rumıniya və Bolqarıstanla insidentlər yarana bilər. Amma, hətta bu ölkələrlə də geniş müharibə ağlabatan görünmür”.
ADP sədri sonda əlavə edib ki, hazırda Rusiyaya lazım olan işlərdən biri Ukraynaya ciddi dəstək verən ölkələri neytrallaşdırmaqdır. Bu sırada Polşa, Baltikyanı ölkələr gəlir və onlar Ukraynaya hər cür dəstək verirlər. “Məncə, bu mərhələdə Rusiya Ukraynanı təkləmək üçün onların gözünü qorxutmaq istəyir. Amma düşünmürəm ki, Rusiya Avropa dövlətləri ilə uzunmüddətli və geniş müharibəyə başlasın”,- deyə Cəlaloğlu yekunlaşdırıb.
Nemət ORUCOV
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:07
Daha 20 ailə Laçın şəhərinə köçüb - (Yenilənib)
Bu gün, 12:09
Əsnəmək iflicə səbəb ola bilər
Bu gün, 10:35
Qubada ayılar kəndə hücum ediblər
Bu gün, 10:10
Ceyhun Bayramovla Ararat Mirzoyan ABŞ-da görüşüblər
Bu gün, 09:14
Sabirabadda zəlzələ olub
Bu gün, 07:15
Alimlər Ədən cənnətinin yerini müəyyən ediblər
Dünən, 14:20
Məmurlar vətəndaşlara sayğısızlıq edir
Dünən, 13:23
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
20-09-2025, 15:06
SOCAR-ın sabiq vəzifəli şəxsi həbs olunub
20-09-2025, 10:49
Qənimət Zahid Baş Prokurorluğa çağırılıb - Barəsində axtarış elan olunub
19-09-2025, 20:01
Rusiya qırıcıları Estoniyanın hava məkanını pozub
19-09-2025, 16:20
Çin qlobal kosmik sənayedə liderə çevrilir
19-09-2025, 15:37
Azərbaycan 14 fələstinli tələbəni Qəzzadan təxliyə edib - Fotolar
19-09-2025, 15:12
Azərbaycan terrorla mübarizə imkanlarını artırmalıdır - Professor
19-09-2025, 13:58
İnsanların ən uzun və ən qısa ömür sürdüyü ölkələr... - Avropanın hansı ölkəsi öndədir?
19-09-2025, 12:20
Valideynlərini itirmiş uşaqlar birdəfəlik müavinət alacaqlar
19-09-2025, 12:06
Minatəmizləmə fəaliyyətinə dair tələblər təsdiqlənib
19-09-2025, 09:57
Azərbaycan-Aİ yüksək səviyyəli işçi qrupu yaradılır
19-09-2025, 09:48
804 magistr ödənişsiz təhsil almaq hüququ qazanıb
18-09-2025, 13:20
Su problemi milyardlarla insanı risk altında qoyur
18-09-2025, 11:35
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
17-09-2025, 14:00
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
17-09-2025, 13:23
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
17-09-2025, 11:27
Qlobal əhəmiyyətli dənizaltı kabellər hücuma məruz qala bilər
16-09-2025, 16:07
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
16-09-2025, 11:57
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
16-09-2025, 11:42
İlin ikinci Günəş tutulması baş verəcək
16-09-2025, 09:07
Okeanlarda 14 min ton qızıl var
15-09-2025, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15-09-2025, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
15-09-2025, 09:39
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir