Üç min illik firon bilərziyi oğurlanaraq əridilib
Tarix: 25-09-2025 14:35 | Bölmə: Cəmiyyət
Üç min illik firon bilərziyi oğurlanaraq əridilib

Misirdə üç min illik firon bilərziyi oğurlanaraq əridilib.

Reyting.az
"NBC News" kanalına istinadla bildirir ki, Misir fironu Amonemopetə məxsus 600 qramlıq qızıl bilərzik Qahirə muzeyindən bir restavrator tərəfindən oğurlanıb.

Daha sonra o, əşyanı tanışına verib və bu qədim bilərzik dəyərindən qat-qat ucuz qiymətə müxtəlif zərgərlərə satılmaqla, qızıl zavodunda əridilib.

Bu oğurluq hadisəsi ilə bağlı dörd nəfər, o cümlədən muzey əməkdaşı saxlanılıb. Oğru dəstəsindən bilərziyin müqabilində qazandıqları pullar müsadirə olunub.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
23-09-2025, 09:14 Sabirabadda zəlzələ olub