Bakıda yeni metro stansiyaları tikiləcək
Tarix: 25-09-2025 11:16 | Bölmə: Slayd
Bakıda yeni metro stansiyaları tikiləcək

Bakı şəhərinin "Port Baku" kimi tanınan ərazisində metro stansiyasının inşası nəzərdə tutulur.

Reyting.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, metronun "Xətai" stansiyasının yaxınlığında "Yaşıl xətt"ə əlavə keçid imkanının yaradılması nəzərdə tutulur.

"Bununla yanaşı, Babək prospekti üzərində şəhər istiqamətində ilk stansiyanın tikintisi də həyata keçiriləcək. Sözügedən layihə prospekt boyunca sərnişinlərin hərəkətini asanlaşdıracaq", - deyə metro rəsmisi əlavə edib.

Metronun “B-4” stansiyası “Bənövşəyi” xəttin “8 Noyabr” stansiyasından sonrakı stansiyası olacağını bildirən B. Məmmədov əlavə edib ki, Dövlət Proqramına uyğun olaraq “Bənövşəyi xətt” üzrə daha 5 stansiya inşa olunmalıdır:

“Həmin 5 stansiyadan biri, məsələn, “B-4” stansiyasından sonrakı “B-5” stansiyası “Nizami” stansiyasının yaxınlığında yerləşəcək. Hazırda bu stansiyaların əraziləri dəqiqləşdirilir. Həmin stansiyadan birbaşa Nizami stansiyasına keçid olacaq.

“Avtovağzal” stansiyasında hərəkətə başlayan sərnişinimiz həmin stansiyadan “Nizami” stansiyasına keçməklə hərəkətini “Yaşıl” xətt üzrə davam etdirəcək”.




Bölməyə aid digər xəbərlər