09:06 / 19-09-2025
Madonna yeni albom buraxacaq
Minatəmizləmə fəaliyyətinə dair tələblər təsdiqlənib
Tarix: 19-09-2025 12:06 | Bölmə: Slayd
Minatəmizləmə fəaliyyətinə dair tələblər təsdiqlənib

"Minatəmizləmə fəaliyyətinə dair Tələblər" təsdiq edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycanın baş naziri Əli Əsədov qərar imzalayıb.

Qərarda qeyd edilib ki, tələblərin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində partlayıcı sursatların yaratdığı təhlükənin aradan qaldırılmasının, eləcə də həyata keçirilən minatəmizləmə fəaliyyətinin təhlükəsiz, effektiv və əlaqələndirilmiş şəkildə təşkilinin, minatəmizləmə əməliyyatlarını icra edən heyətin və minatəmizləmə fəaliyyətlərindən faydalanan şəxslərin təhlükəsizliyinin təmin edilməsidir.

Bu Tələblər Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə aparılan mina əleyhinə fəaliyyət istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində minatəmizləmə fəaliyyətlərini həyata keçirən İcraçılara şamil olunur.




Bölməyə aid digər xəbərlər