Ərdoğan-Tramp görüşünün nəticələri yaxın vaxtlarda özünü göstərəcək
Tarix: 26-09-2025 09:28 | Bölmə: Slayd
Ərdoğan-Tramp görüşünün nəticələri yaxın vaxtlarda özünü göstərəcək

"Nəzərdə tutulan 1 saat 20 dəqiqə əvəzinə 2 saat 18 dəqiqə davam edən Ərdoğan-Tramp görüşünün nikbin notlarla başlayaraq müsbət yekunlaşması hər iki tərəfin maraqlarına uyğundur".

Bunu "Reytinq" qəzetinə açıqlamasında siyasi şərhçi Oqtay Qasımov ABŞ və Türkiyə prezidentləri Donald Tramp ilə Rəcəb Tayyib Ərdoğanın görüşündən danışarkən deyib.

Onun sözlərinə görə, ilkin mesajlar və Trampın Ərdoğanı qapıdan yola salması müzakirələrin gözləniləndən yaxşı keçdiyini göstərir.


Oqtay Qasımov

Qasımov qeyd edib ki, tərəflər arasında münasibətlərin normallaşdırılmasında önəmli rolu olan ABŞ-nın Türkiyədəki səfiri görüşün çox məhsuldar keçdiyini bəyan edib. Bir çox məsələlərlə yanaşı "F-35" qırıcıları ilə bağlı razılaşmanın da əldə edildiyi bildirilir.

Siyasi şərhçi sonda əlavə edib ki, Ərdoğan-Tramp görüşünün nəticələri yaxın vaxtlarda özünü göstərəcək.

Nemət ORUCOV
Reyting.az




Bölməyə aid digər xəbərlər