Dünya üzrə dövlət borclarının əsas hissəsi beş ölkənin payına düşür - Siyahı
Tarix: 29-10-2025 13:27 | Bölmə: Slayd
Dünya üzrə dövlət borclarının əsas hissəsi beş ölkənin payına düşür

Dünya üzrə dövlətlərin 2025-ci ildə ümumi borcu 110,9 trilyon dollara çatıb. Bu borcun əsas hissəsi cəmi bir neçə ölkənin payına düşür.

Reyting.az
xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) 2025-ci ilin oktyabr hesabatına əsasən, ən çox dövlət borcuna malik beş ölkə - ABŞ, Çin, Yaponiya, Böyük Britaniya və Fransadır. Bu ölkələrin payına ümumi borcun təxminən üçdə ikisi, yəni 74,8 trilyon dollar düşür.

ABŞ 38,3 trilyon dollarlıq borcla birinci yerdədir. Bu məbləğ dünya dövlətlərinin ümumi borcunun üçdə birindən çoxunu təşkil edir.

ABŞ-ın ardınca Çin (18,7 trilyon dollar) və Yaponiya (9,8 trilyon dollar) gəlir. Bu üç ölkə birlikdə dünya üzrə dövlət borcunun 60 faizinə sahibdir.

Sonrakı sıralarda Böyük Britaniya (4,1 trilyon dollar), Fransa (3,9 trilyon dollar) və İtaliya (3,5 trilyon dollar) qərar tutur.

2025-ci ildə ABŞ-ın ümumi borcu 2,9 trilyon dollar artaraq 8,4 faiz yüksəlib. Çinin borcu 2,2 trilyon dollar artımla 13,6 faiz böyüyüb. Yaponiyanın borc artımı isə nisbətən zəif olub - 200 milyard dollar və ya 2 faiz.

Beləliklə, qlobal borcun əsas yükü böyük iqtisadiyyata malik ölkələrin üzərindədir.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
21-10-2025, 13:59 Ukrayna parçalana bilər