Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
SOCAR-a yeni müşavir təyin edilib
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
İrana hansı ssenari tətbiq olunacaq?
ABŞ Mars yarışında Çinə uduza bilər
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
Tarix: 15-12-2025 15:26 | Bölmə: Slayd

“Ukrayna-Rusiya müharibəsində real olaraq bir neçə cəbhə xətti mövcuddur. Bunlardan biri Xarkov istiqamətidir. Məsələn, ruslar dəfələrlə elan ediblər ki, bu istiqamətdə irəliləyirlər, Kupyansk şəhərini ələ keçiriblər və s. Mən səhv etmirəmsə, bu şəhər ruslar tərəfindən 2022-ci ilin yayında işğal olunmuşdu. Lakin sonradan Ukrayna ordusunun Xarkov əks-hücum əməliyyatları nəticəsində Kupyansk da daxil olmaqla geniş ərazilər azad edildi. Bundan sonra isə ruslar ən azı 2-3 dəfə bu şəhəri yenidən ələ keçirdiklərini bəyan ediblər. Ancaq sonradan məlum olub ki, Kupyansk Ukrayna ordusunun nəzarətindədir və şəhərə daxil olan rus qoşunları mühasirəyə düşüb. İki gün əvvəl 200-dən çox rus hərbçisinin mühasirədə qaldığı bildirilirdi. Yəqin ki, hazırda onların sayı daha azdır, çünki Ukrayna ordusu şəhərdə təmizləmə əməliyyatları aparır. Yəni bu istiqamətdə Ukrayna ordusu fəal fəaliyyət göstərir”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.
Ekspert əlavə edib ki, Ukrayna-Rusiya müharibəsində əsas cəbhə xətlərindən biri Donbas istiqamətidir və burada vəziyyət son dərəcə gərgindir: “Bu xətt üzrə Ukrayna ordusu böyük çətinliklə rus ordusunun qarşısını alır. Məsələn, ruslar Parkovsk şəhərini ələ keçirdiklərini elan ediblər. Lakin son məlumatlar göstərir ki, şəhərdə küçə döyüşləri davam edir. Bu istiqamətdə rus ordusu ləng də olsa irəliləyə bilir. Ancaq bu, ciddi irəliləyiş sayıla bilməz, çünki hər an geri atılma halları da baş verir”.
Ekspertin sözlərinə görə, üçüncü mühüm məqam diplomatik təmaslar və danışıqlardır: “Bu danışıqlar daha çox imitasiya xarakteri daşıyır və cəbhədəki real vəziyyətlə birbaşa əlaqəsi yoxdur. Prosesdə ABŞ iştirak etdiyi üçün Ukrayna da məcburən bu danışıqlara qatılır”.
A. İsazadə xatırladıb ki, ruslar adətən hər bir danışıqdan əvvəl hansısa şəhəri ələ keçirdiklərini elan edirlər: “Danışıqlarda iştirak edən və Rusiyaya yaxın mövqe tutan ABŞ diplomatları da bu amillərdən istifadə edərək Ukrayna tərəfinə bildirirlər ki, onsuz da məğlub olacaqsınız, burada dayanmalı və deyilənləri qəbul etməlisiniz. Halbuki real cəbhə mənzərəsi buna əsas vermir. Hazırda rusların ələ keçirdiklərini iddia etdikləri Kupyansk Ukraynanın nəzarətindədir, Parkovsk şəhəri uğrunda isə hələ də küçə döyüşləri gedir. Bu da onu göstərir ki, ruslar ciddi uğur əldə edə bilmirlər”.
Hərbi ekspert qeyd edib ki, hətta danışıqlar zamanı hansısa razılaşma əldə edilsə belə, Rusiya böyük ehtimalla ona imza atmayacaq və ya əməl etməyəcək: “Səbəb sadədir: prezident Putinin Ukrayna ilə bağlı planları tam şəkildə həyata keçirilməlidir. Onlar istədiklərinə nail olmasalar, heç bir razılaşmaya əməl etməyəcəklər”.
A. İsazadə sonda vurğulayıb ki, cəbhə xəttindəki real vəziyyətlə diplomatik danışıqlarda səsləndirilən mövqelər bir-birini əks etdirmir.
Nemət ORUCOV
Reyting.az
Bölməyə aid digər xəbərlər
















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır