Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
Bakıda liseydə şagird müəllimi güllələyib - (Yenilənib-4)
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Bermud üçbucağının sirri açılır
Azərbaycan Rusiyaya nota verib
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
Naxçıvan şəhərinin icra başçısı vəzifədən azad edilib
İki həkim həbs edilib - Məhkəmə zalında
Vensin Bakı səfəri: separatçıların gözləntisi nədir?
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
İcra başçısı Naxçıvana baş nazir təyin edilib
Tarix: 03-02-2026 14:04 | Bölmə: Slayd

Fevralın 6-da Türkiyədə ABŞ və İran nümayəndələrinin görüşəcəyi ehtimal olunur. Belə təmaslar adətən mümkün hərbi eskalasiyanı müvəqqəti “dondurmaq” və tərəflərə vaxt qazanmaq imkanı yaradır. Ancaq görüşün real təsiri danışıqların məzmunundan və tərəflərin konkret razılaşmaya nə dərəcədə hazır olmasından asılıdır.
İstanbulda planlaşdırılan görüşü şərh edən siyasi şərhçi Oqtay Qasımov “Reytinq” qəzetinə açıqlamasında deyib ki, ABŞ və İran arasında keçiriləcək görüş diqqətlə izlənilir.
Onun sözlərinə görə, bunu açıq formada keçiriləcək ilk görüş kimi də qiymətləndirmək mümkündür, hərçənd son 47 ildə ABŞ və İran arasında nə qədər gərginlik olsa da, diplomatiya işləyib.
O. Qasımov İstanbulda gözlənilən görüşdən hansı nəticələrin əldə ediləcəyini indidən deməyin çox çətin olduğunu bildirib: “Ancaq görüş ərəfəsində tərəflərdən səsləndirilən açıqlama və bəyanatlara diqqət edəndə ABŞ və İranın nəyə kökləndiyini ehtimal etmək mümkündür”.
Siyasi şərhçinin fikrincə, səsləndirilən mesajlara diqqət etsək görərik ki, İran tərəfi məsələləri müzakirə etməyə və razılaşmağa hazırdır.
O. Qasımov qeyd edib ki, Amerikanın irəli südürdüyü beş əsas tələb var:
“Tələblər İranın nüvə proqramının dayandırılması, zənginləşdirdiyi 400 kiloqramlıq uranın üçüncü ölkəyə aparılması, İranın regiondakı proksi qüvvələrə dəstəyinin dayandırılması, ballestik raket istehsalının məhdudlaşdırılması və son etirazlar zamanı həbs edilən, saxlanılan şəxslərin edam edilməsinin dayandırılmasıdır. Mənim fikrimcə, bu şərtlərin bəzilərini İran qəbul edə bilər. Məsələn, son etirazlar zamanı saxlanılan və ya ittiham edilən şəxslərin edamının dayandırılmasını. Bu məsələ indi İran üçün də əhəmiyyət kəsb etmir.
Rejimin elan etdiyinə görə, etirazlar zamanı 3700 nəfər öldürülüb. Ancaq alternativ məlumatlarda öldürülənlərin sayının daha çox olduğu vurğulanır”.

O. Qasımov
Zənginləşdirilən uranın ölkədən çıxarılmasına gəldikdə, O. Qasımov bildirib ki, bu zaman iki ünvan qeyd edilir - Rusiya və Türkiyə.
Müsahibimiz xatırladıb ki, hələ 2015-ci ildə Qərblə əldə edilən razılaşmalara əsasən, İranın zənginləşdirdiyi uran Rusiyada yerləşdirilə bilərdi. Bu baxımdan belə variantın yenidən gündəmə gəlməsi mümkündür. Digər tərəfdən, İran uranın zənginləşdirilməsinin 60 faizdən 20 faizə endirilməsinə müəyyən şərtlər daxilində razı ola bilər.
O. Qasımov əlavə edib ki, yerdə qalan iki tələbin “bazarlıq mövzusu” olması mümkündür: “Mən İranın ballistik raket sistemləri istehsalının məhdudlaşdırılması və atış məsafəsinin azaldılmasını nəzərdə tuturam. Bu sırada İranın bölgədəki proksi qüvvələrə dəstəyinin dayandırılması məsələsi də var. Bu baxımdan görüşdən müəyyən gözləntilər olsa da, böyük nəticələrin əldə ediləcəyini gözləmirəm”.
Müharibədənsə, diplomatiya qapılarının açıq olmasını daha faydalı hesab edən siyasi şərhçinin fikrincə, tərəflər, xüsusilə İran ABŞ-nın mövqeyini nəzərə alaraq müəyyən qədər yumşalmalara getməyə hazır kimi görünür.
O. Qasımov xatırladıb ki, ABŞ tərəfindən danışıqları aparacaq xüsusi nümayəndə S. Uitkoff hazırda İsraildə səfərdədir: “Yəqin ki, Təl-Əvivdə İran mövzusu bir nömrəli məsələ olacaq. İsrailin mövqeyi əslində ABŞ-nın mövqeyindən fərqlənmir. Hər halda İstanbulda nəzərdə tutulan görüş çox önəmlidir. Nəticələrinin qərarverici olacağını zənn etməsəm də, danışıqlar prosesi baxımından ilkin addım kimi qiymətləndirilə bilər”.
Qasımovun qənaətincə, tərəflərin razılığa gəlmək imkanları var və İstanbuldakı ilk təmaslar başlanğıc ola bilər.
Nemət ORUCOV
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək