12:06 / 03-02-2026
Tehranda bazar yanır
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin olunub
Tarix: 03-02-2026 14:28 | Bölmə: Gündəm

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin olunub

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin olunub.

Reyting.az Oxu24.com-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Rüfət Allazov adıçəkilən idarənin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə polis polkovniki Emil Səfərov DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Allazov Rüfət Vaqif oğlu 1982-ci ildə Rusiyada anadan olub. 2005-ci ildə Azərbaycan DİN-nin Polis Akademiyasını bitirib.





Bölməyə aid digər xəbərlər