12:06 / 03-02-2026
Tehranda bazar yanır
"Tiktoker Roşka"nın məhkəməsi təxirə salınıb
Tarix: 03-02-2026 14:54 | Bölmə: Cəmiyyət

"Tiktoker Roşka"nın məhkəməsi təxirə salınıb

Tiktokda daha çox "Roşka" ləqəbi ilə tanına Rövşən Süleymanzadənin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Reyting.az"Unikal"-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən proses qeyri müəyyən vaxtadək təxirə salınıb.

Tiktokerin ötən proses məhkəmə istintaqı yekunlaşmışdı.

Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib.

Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə də 45 günlük inzibati həbs edilib.





Bölməyə aid digər xəbərlər