12:06 / 03-02-2026
Tehranda bazar yanır
"Alma ovu"na çıxan məmura yeni vəzifə verilib
Tarix: 03-02-2026 14:13 | Bölmə: Xəbərlər

"Alma ovu"na çıxan məmura yeni vəzifə verilib

Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı keçirilən reyd zamanı məşhurlaşan əməkdaşı Samir Bədəlovun vəzifəsi dəyişib.

Reyting.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Zakir Fərəcov müvafiq əmr imzalayıb.

Belə ki, struktur dəyişikliyi nəticəsində icra hakimiyyətinin İstehsal və xidmət sahələri sektoru ləğv edilib. Buna görə də S.Bədəlov həmin sektordakı Baş məsləhətçi vəzifəsini itirib.

Amma icra başçısı onu işsiz qoymayıb. Belə ki, başçının əmrinə əsasən, S.Bədəlov ŞİH-də yeni yaradılan Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti məsələləri sektorunun Baş məsləhətçisi təyin edilib.





Bölməyə aid digər xəbərlər