Koronavirus xəstələrinə edam xəbərdarlığı edildi - Səbəb
Tarix: 17-02-2020 19:21 | Bölmə: Slayd
Koronavirus xəstələrinə edam xəbərdarlığı edildi

Koronavirus əlamətlərini, yaxud Uhan şəhərində yaşayan insanlarla əlaqələrini gizlədənlər sərt şəkildə cəzalandırılacaqlar.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, Pekin məhkəməsinin qərarına görə, epidemiyanın başladığı Uhan şəhərindən çıxmaq həbsxanada oturmaqla da nəticələnə bilər.

Bütün dünyanı təhlükə ilə üz-üzə qoyan epidemiyaya görə belə davranışları Çin hakimiyyəti ictimai təhlükəsizliyə bilərəkdən təhlükə kimi qiymətləndirəcək. Bu, 3 il azadlıqdan məhrumetmə, yaxud edam cəzası ilə nəticələnə bilər.

Əgər virus daşıyıcıları, yaxud xəstəliyə yoluxma şübhəsi olanlar əlamətləri gizlədərlərsə, onlara ən sərt cəza veriləcək.

Qeyd edək ki, yeni koronavirusun yayılması 2019-cu il dekabr ayının axırlarında Çinin Uhan şəhərində başlayıb. Alimlərin məlumatına görə, virus daşıyıcıları uçan yarasalar da ola bilər. Fevralın 15-i vəziyyətinə görə, koronavirusa yoluxma dünyanın 26 ölkəsində qeydə alınıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}