00:04 / 16-09-2025
Qurban Qurbanov: “Benfika” ilə oyuna yaxşı hazırlaşa bilmədik”
23:12 / 15-09-2025
"Qarabağ"ın futbolçusu: "Benfika"nı yaxşı təhlil etmişik"
20:02 / 15-09-2025
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
19:24 / 15-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
18:04 / 15-09-2025
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
18:00 / 15-09-2025
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
17:51 / 15-09-2025
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
17:49 / 15-09-2025
"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik"
17:37 / 15-09-2025
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
17:30 / 15-09-2025
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
17:20 / 15-09-2025
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
16:57 / 15-09-2025
İş adamı Vüsal Abbasov həbs edilib
16:52 / 15-09-2025
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
16:39 / 15-09-2025
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
16:09 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
15:58 / 15-09-2025
Əli Əsədov sərəncam imzalayıb
15:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15:07 / 15-09-2025
Ruslar daha bir yaşayış məntəqəsini işğal edib
15:00 / 15-09-2025
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
06:10 / 11-09-2025
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
13:31 / 11-09-2025
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
09:46 / 11-09-2025
Marsda həyat izləri aşkar ediblər
10:50 / 12-09-2025
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
18:40 / 14-09-2025
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
10:33 / 11-09-2025
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
Azərbaycan səfirliyindəki terror böyük planın tərkib hissəsidir
Tarix: 30-01-2023 00:19 | Bölmə: Slayd

“Azərbaycanın Tehrandakı səfirliyində baş verən terror hadisəsi beynəlxalq qanunların pozulmasıdır. Yəni İran dövləti Vyana Konvensiyası ilə üzərinə götürdüyü öhtəliyi yerinə yetirməyib. Səfirliyimizə silahlı basqın birmənalı olaraq terror hadisəsidir. Bu hadisəyə görə İran Azərbaycan dövlətindən üzr istəməlidir”.
Bunu Reyting.az-a Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev Azərbaycanın İrandakı səfirliyinə silahlı basqından danışarkən deyib.
A. Məsiyevin sözlərinə görə, Azərbaycan-İran münasibətlərinin yaxşı olması hər iki dövlətin siyasi və iqtisadi maraqlarına uyğundur: “Bu, daha çox İranın maraqlarına uyğun gəlir. Çünki İran ABŞ və Qərb tərəfindən düşmən elan edilib. Həm iqtisadi, həm də siyasi baxımdan dünyadan təcrid edilən İran çox çətin vəziyyətdədir. ABŞ İranda siyasi hakimiyyəti dəyişəcəyini bəyan edir və bu məqsədə çatmaq üçün bütün vasitələri məqbul sayır. Belə olan təqdirdə qonşuları ilə münasibətlərin gərginləşməsi İrana uğur gətirməz”.
Bəs Azərbaycan səfirliyinə edilən terror hücumu kimlərin maraqlarına uyğundur?
Siyasi şərhçi bu suala cavabında deyib ki, hadisənin sifarişçiləri, təşkilatçıları və icraçılarının aşkar edilməsi ilk növbədə İran dövlətinin marağında olmalıdır. İran qonşu ölkə ilə münasibətlərinə xələl gəlməsinə imkan veriməməli, digər tərəfdən isə dünya ictimaiyyətinin qınağına səbəb olmamalıdır.
Bölgədə yeni münaqişə yaratmaq istəyirlər
A. Məsiyev xatırladıb ki, ABŞ və Qərb dövlətləri İranı terroru himayə etməkdə, hüquq-mühafizə orqanlarını isə terror aksiyalarının təşkilində ittiham edir: “Belə olan təqdirdə İran dövləti Azərbaycan səfirliyinə hücumun istintaqının düzgün aparılmasında maraqlı olmalı, şəffaflığın təmin edilməsi üçün Azərbaycanın hüquq-mühafizə orqanlarını da tərəf kimi (yəni zərər çəkən tərəf kimi) prosesə cəlb etməlidir. Bununla həm Azərbaycan cəmiyyətində, həm də dünya iştimaiyyətində düzgün fikir formalaşar, hadisənin qərəzsiz aydınlaşmasına şərait yaranar”.
Müsahibimizin fikrincə, indiki zamanda Azərbaycan Ermənistanla münaqişə şəraitində olduğu halda, İran dövləti ilə diplomatik cəbhənin açılması bizim maraqlarımıza uyğun deyil: “Bu terror hadisəsinin ideoloqlarının, sifariş verənlərinin məqsədi iki dövlət arasında diplomatik gərginlik yaratmaqla dövlətlər arasında münaqişə planını işə salmaqdır. Sifarişçilər gözəl anlayırdılar ki, son zamanlar İran və Azərbaycan mətbuatında qarşılıqlı ittihamlar artıb, mətbuatda söz savaşı gedir. Söz savaşını diplomatik savaşa çevirmək üçün səfirliyimizə qarşı terror planı təşkil edilməli idi və bunu reallaşdırdılar. İki dövlət arasında münaqişə yaratmaq üçün diplomatik savaşı qızışdırmaq istəyənlər sözsüz ki, olacaqdır”.
Səfirliyə hücumda İranın düşmənlərinin əli ola bilər
A. Məsiyev diqqətə çatdırıb ki, Türkiyə-Rusiya münasibətlərini korlamaq üçün 2016-cı ildə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova Ankarada silahlı hücum nəticəsində səfir qətlə yetirilib: “Bu terror aksiyasının məqsədi iki dövlət arasında münaqişə yaratmaq idi. Səfirin qətlə yetirilməsinə baxmayaraq həm Rusiya, həm də Türkiyə baş verən hadisəni emosiyadan kənar təhlil etdi və düzgün qiymət verdilər.
Hesab edirəm ki, hadisələrə emosianal, isti beyinlə qiymət vermək və ya onu siyasi baxımdan şərh etmək hadisənin törədilməsində maraqlı olan ideoloqların, sifariş verənlərin və təşkilatçıların maraqlarına xidmət edərdi”.

A. Məsiyev
Siyasi şərhçinin iddiasına görə, Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunda İranı özünə düşmən elan edənlərin əli ola bilər: “İranla Azərbaycanı üz-üzə gətirmək istəyənlərin, İranla Türkiyəni qarşı-qarşıya qoymağa çalışanların, Cənubi Qafqaz regionunda 3+3 formatının qarşısını almaq istəyənlərin bu işdə əlinin olması mümkündür. Bu isə ABŞ-ın və Qərbin maraqları ilə eynilik təşkil edir.
Hesab edirəm ki, İranda dövlət çevrilişi etmək istəyənlər uzun müddətdir İranın daxilində agentura şəbəkəsi formalaşdırıb. Görünən odur ki, agentura şəbəkəsi həm İranın dini liderinin, həm prezidentin ətrafında, həm hüquq-mühafizə orqanlarının daxilində, həm də kütləvi informasiya vastələrində fəaldırlar”.
A. Məsiyevin sözlərinə görə, bir müddət əvvəl ABŞ prezidenti Bayden bəyan edib ki, hakimiyyətini devirməklə İranı azad edəcəyik.
Təhlükəli ssenari bu dəfə İranda həyata keçirilir
Müsahibimiz xatırladıb ki, 2003-cü ildə İraqın işğalı zamanı Səddam Hüseynin devrilməsində ABŞ-ın agentura şəbəkəsi mühüm rol oynayıb: “İraq ordusundakı agenturanın fəaliyyəti nəticəsində ordu generalları fəaliyyətsiz qalmışdılar.
Başqa bir misal da yerinə düşərdi: SSRİ-nin dağıdılmasında Qorbaçovun ABŞ tərəfindən ələ alınması barədə danılmaz faktlar üzə çıxmaqdadır. Belə fikirlər səslənir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Qorbaçovun əli ilə Siyasi Büroya öz adamlarını yerləşdirib, onların fəaliyyəti nəticəsində SSRİ-ni dağıdıblar. İndi də həmin ssenari İranda həyata keçirilir. Xarici xüsusi xidmət orqanlarının həm İranın dini liderinin və prezidentinin ətrafında, həm hüquq-mühafizə orqanlarında, həm də kütləvi informasiya vastələrində fəaldırlar. Azərbaycan əleyhinə səslənən fikirlər, çağırışlar, təxribatlar dövlətin içindən qaynaqlanan agenturanın fəaliyyəti nəticəsində baş verir. İlk baxışda İran cəmiyyətində elə təssürat yaradılır ki, güya səslənən fikirlər, bəyanatlar İran dövlətinin maraqlarına uyğundur.
Eyni zamanda İrandakı etiraz dalğası, İran vətəndaşlarına qarşı işgəncələr və qətllər vətəndaş-dövlət arasında uçrum yaratmağa hesablanmış əməliyyat oyunun əlamətləridir. Bu əməliyyat oyunları İran dövləti daxilində xarici xüsusi xidmət orqanlarının təlimatı ilə agentura şəbəkəsinin xidmətləri nəticəsində həyata keçirilir. Necə ki, 1990-cı ildə Bakıda 20 Yanvar hadisəsinin törədilməsinə rəvac verən, 1990-cı il yanvarın 18-də ABŞ senatorları Con Kerri ilə yanaşı, Pit Uilson, Pols Seymak, Larri Breksler, Kleyborn Pell kimi şəxslərin imzası ilə SSRİ rəhbəri Mixail Qorbaçova edilmiş müraciətin əsas rolu olduğu bildirilir. Qorbaçov və ətrafındakılar isə MKİ agenturasının xidmətləri sayəsində Bakıya qoşun yeridib dinc əhalini qətlə yetirməklə vətəndaş ilə dövlət arasında inamsızlıq yaratdılar. Nəticə isə SSRİ-nin dağılması ilə yekunlaşdı. (Tiflisdə, Baltikyanı respublikalarda, Orta Asiyada və Moskvadakı bu kimi hadisələr dövləti dağıtmağa hesablanmışdı). İranda baş verən hadisələr SSRİ-nin dağıdılması ssenarisi ilə sanki eynilik təşkil edir, istənilən halda nəticə İranın əleyhinə işləyir”.
İran-Azərbaycan qarşıdurması ilə Türkiyəni münaqişəyə cəlb etmək planı var
Müsahibimiz sonda əlavə edib ki, hadisələrin dərin təhlili bəzi gizlinləri üzə çıxarır:
“Bildiyiniz kimi, Türkiyə dövləti hər zaman Azərbaycanın yanında olduğunu bəyan edir. Ancaq İran-Azərbaycan qarşıdurması yaratmaqla Türkiyəni münaqişəyə cəlb etmək planı işə düşə bilər. Bu isə Türkiyənin bölgədə nüfuzunun artmasını istəməyənlərin maraqlarına uyğundur. Bunun nəticəsində İran-Türkiyə münaqişəsi yatmaqla həm İranı, həm də Türkiyəni zəiflətməklə məqsədlərinə çatmış olarlar. Bundan başqa, İran-Azərbaycan-Türkiyə münaqişəsi yaratmaqla 3+3 formatının qarşısı alına bilər. Eyni zamanda İran və Azərbaycan arasında münasibətlərin gərginləşməsi ABŞ yönümlü Paşniyan hakimiyyətinin də maraqlarına uyğun olardı.
İranın müvafiq dairələri səfirliyimizə silahlı basqının sifarişçiləri, təşkilatçıları və icraçıları ilə bağlı şəffaf araşdırma aparmalıdır. Buna hüquqi-siyasi qiymətin verilməsinə mane olanların məqsədi terror aksiyasında xarici agentura şəbəkəsinin əlinin olmasını gizlətməyə, bu şəbəkənin aşkara çıxmamasına çalışanlardır. İran daxilində fəaliyyət göstərən mütəşəkkil agentura bu aksiyanın məişət zəminində olmasını nümayiş etdirmək istəyir. Bununla da İran daxilində xarici xüsusi xidmət orqanlarının rezidenturasını və agenturasının fəaliyyətini gizlətmiş olurlar. Yuxarıda qeyd etdiyim bu şəbəkə İran dövlətinin yüksək dairələrində formalaşmış bir quruma çevrilib.
Bir sözlə, İranda baş verən hadisə böyük planın tərkib hissəsidir. İran dövləti bilərəkdən və ya bilməyərəkdən bu oyunun alətinə çevrilib”.
E. KAMAL
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
Dünən, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər
9-09-2025, 08:20
Netanyahu Qəzza əhalisini bölgəni tərk etməyə çağırır
8-09-2025, 23:20
ABŞ düşüncələrə nəzarət etməyə çalışır
8-09-2025, 16:29
Rusiya Qarabağda yaşamış ermənilərdən terrorçu qrup yaratmaq istəyir
8-09-2025, 15:40
Professor: Rusiya tədricən Çinin təsirinə düşür
8-09-2025, 12:43
Rusiyaya qarşı daha sərt sanksiyalar hazırlanır
8-09-2025, 11:09
Ukraynanı üç hissəyə bölürlər
8-09-2025, 10:51
Avropa liderləri müharibəyə son qoymaq üçün ABŞ-a gedir
8-09-2025, 00:57
İlin son Ay tutulması başa çatıb - (Yenilənib)
7-09-2025, 13:20
Bu gün əlavə imtahan keçirilib - (Yenilənib)
7-09-2025, 10:47
Kiyev "İskəndər" raketlərinin hədəfinə çevrilib - Foto
5-09-2025, 22:21
Bakı-Tehran-Bakı aviareysi bərpa olunur
5-09-2025, 15:46
ABŞ altı ölkəni böyük təhlükə ilə üz-üzə qoyur
5-09-2025, 12:56
Rusiya XİN AZAL-ın vurulan təyyarəsi ilə bağlı yalan məlumat yayıb

Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki
Nadir Azməmmədov: “Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”