İlham Əliyev: “Zəngəzur dəhlizi beynəlxalq dəmiryol marşrutlarının bir hissəsinə çevriləcək”
Tarix: 25-05-2023 18:35 | Bölmə: Gündəm
İlham Əliyev: “Zəngəzur dəhlizi beynəlxalq dəmiryol marşrutlarının bir hissəsinə çevriləcək”

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının kəsişdiyi coğrafi məkanda yerləşir.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı deyib.

İ. Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətli iştirakçısıdır.

Onun sözlərinə görə, Azərbaycanın nəqliyyat-logistika infrastrukturu istənilən istiqamətdə daşımaların həyata keçirilməsinə imkan verir.

Dövlət başçısı bildirib ki, Azərbaycan Xəzər hövzəsində ən böyük ticarət donanmasına malikdir.

İ. Əliyev Azərbaycanın Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etdiyini də xatırladıb:

“Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyəcək, beynəlxalq dəmiryol marşrutlarının bir hissəsinə çevriləcək”.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan müstəqilliyi dövrü ərzində ölkə iqtisadiyyatı dayanıqlılıq və inkişaf nümayiş etdirib:

“Azərbaycan tam iqtisadi müstəqillik əldə edib ki, bu, müstəqil xarici siyasət kursu həyata keçirmək üçün əsas faktordur və biz bunu uğurla edirik”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
14-06-2024, 00:11 Bu gün "Son zəng"dir

{sape_links}{sape_article}