15:38 / 14-10-2025
Azərbaycan əhalisi artıb
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
Tarix: 14-10-2025 22:14 | Bölmə: Slayd
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)

Bakı şəhər Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.

Reyting.az
 “Qafqazinfo”ya istinadla xəbər verir ki, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Qeyd edək ki, R. Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.

***

Ramiz Mehdiyevin hansı cinayətlərdə ittiham edildiyi məlum olub.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, R. Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.




Bölməyə aid digər xəbərlər