İsrail gəmisi Rusiyanın blokadasını yarıb - Fotolar
Tarix: 01-08-2023 13:24 | Bölmə: Xəbərlər / Dünya
İsrail gəmisi Rusiyanın blokadasını yarıb

İyulun 30-na keçən gecə Türkiyə boğazlarından “Ams 1”, “Şahin 2” və “Yılmaz Kaptan” adlı 3 mülki gəmi keçib. Bu gəmilərin mənşəyi İsrail, Yunanıstan və Türkiyədir. AIS vasitəsilə təyinat Ukrayna kimi müəyyən edilib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə “Urich” və “Military” məlumat yayıb.

Qeyd olunur ki, iyulun 31-də Rusiyanın təhdidlərinə tüpürən “Ams 1” Dunay çayının Ukrayna qoluna daxil olub.

“Bu, Rusiyanın Qara dənizin blokadasını pozan ilk gəmidir. Səyahətinə İsrailin Aşdod şəhərindən başlayaraq, açıq şəkildə hədəfini - Ukraynanı reklam etdi və Qara dənizi birbaşa marşrutla keçdi”,-xəbərdə bildirilir.



Amerikanın “P8” gəmi əleyhinə təyyarəsi gəminin təhlükəsizliyini təmin edir. O, birbaşa Rumıniya səmasında yanacaqla doldurulur. Əlavə məlumat “Forte12 RQ-4” kəşfiyyat pilotsuz təyyarəsi tərəfindən verilir.

Məlumata görə, “Ams 1”-dən sonra Dunayda lövbər salmış və ya tezliklə lövbər salacaq daha dörd gəmi gəlir.

Xatırladaq ki, iyulun 17-də Rusiya Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracını nəzərdə tutan taxıl sazişindən çıxdığını elan edib. Bundan sonra Ukraynanın liman infrastrukturuna və taxıl anbarlarına raket və pilotsuz təyyarələrlə zərbələr endirilib.

Bundan əlavə, Rusiya Federasiyası Qara dəniz vasitəsilə Ukrayna limanlarına gedən mülki gəmiləri silah-sursat daşıdığını əsas gətirərək batıracağını açıqlayıb.

O da məlum olub ki, Rumıniya Ukraynadan Konstansa limanına qədər əsas taxıl marşrutlarından birini sürətlə genişləndirməyi planlaşdırır, çünki Taxıl sövdələşməsini pozan Rusiyanın Qara dənizdə olması qlobal ərzaq ticarəti üçün riskləri artırır.



ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər