16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Ukrayna ABŞ-dan daha təhlükəli raketlər ala bilər
Tarix: 12-09-2023 10:52 | Bölmə: Xəbərlər / Dünya
Ukrayna ABŞ-dan daha təhlükəli raketlər ala bilər

Bayden administrasiyası Ukraynaya uzaqmənzilli kassetli raketlərin tədarükünü təsdiqləmək üzrədir. Reyting.az xəbər verir ki, bu barədə “Reuters”ə ABŞ-ın dörd rəsmi şəxsi bildirib.

Agentlik qeyd edir ki, son aylarda 155 mm-lik artilleriya mərmilərində kaset sursatlarının uğurlu istifadəsindən sonra ABŞ ya ordunun 306 km-ə qədər məsafədəki hədəfləri vura bilən ATACMS taktiki raket sistemlərini, ya da kaset bombaları ilə yüklənmiş 72 km mənzilli GMLRS idarə olunan raketlərini Ukraynaya tədarük etməyi düşünür.

Məlumata görə, bu variantlardan hər hansı birinin çatdırılması təsdiq olunarsa, ABŞ onları Ukraynaya operativ şəkildə çatdıra biləcək.

Hazırda Ukrayna maksimum atəş məsafəsi 29 kilometr olan 155 mm-lik artilleriya ilə silahlanıb və bu artilleriya 48 patrona qədər daşıya bilir. Çatdırılma üçün nəzərdə tutulan ATACMS-də isə təxminən 300 və ya daha çox döyüş başlığı olacaq.

Bir neçə aydır Ukraynanın arsenalındakı GMLRS raket sistemi 404-ə qədər kaset sursatını dağıtmağa qadirdir.

Onu da qeyd edək ki, Ağ ev hələlik “Reuters”in xəbərinin şərhindən imtina edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}