08:45 / 12-02-2025
Məşhur reper məhkəməyə verilib
08:36 / 12-02-2025
“Türk axını” yeni rekorda imza atıb
08:28 / 12-02-2025
Seul cavabdan boyun qaçırıb
08:24 / 12-02-2025
Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər
08:17 / 12-02-2025
Mark Rubio: “Rusiyadakı məhkumlarımızı geri qaytaracağıq”
08:13 / 12-02-2025
Kiyevə yanaşmanı Ağ ev müəyyən edir
23:52 / 11-02-2025
Bakıda erməniəsilli şəxslərin məhkəməsi davam edir
23:13 / 11-02-2025
Qəzzanın yenidən qurulmasına 53 milyard dollardan çox vəsait lazımdır
22:59 / 11-02-2025
Mask "OpenAI" şirkətinin sahibini fırıldaqçılıqda ittiham edir
22:12 / 11-02-2025
Zelenski Rusiyaya ərazi mübadiləsi təklif etmək istəyir
19:58 / 11-02-2025
Hikmət Hacıyev: "Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur"
18:58 / 11-02-2025
Somali prezidenti Azərbaycana gəlib - Fotolar
18:10 / 11-02-2025
Onlayn qumar təşkil edən dəstə tutulub - Video
18:03 / 11-02-2025
Şeyx Əbdül: "Bu gün cibinə xidmət edən insanların cəmiyyətində yaşayırıq"
17:51 / 11-02-2025
DİN-də qəbul: Şahnaz Bəylərqızı həbsdən buraxılacaq?
17:42 / 11-02-2025
Abdin Fərzəliyevlə bağlı şok iddia yayılıb
17:36 / 11-02-2025
Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” dəhlizinə dair saziş təsdiqlənib
17:33 / 11-02-2025
Zahid Oruc: “Şagirdlərimizi kütləvi repetoturluqdan xilas etməliyik”
17:00 / 11-02-2025
İnsanların 200 il yaşaması mümkün olacaq
16:59 / 11-02-2025
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
16:37 / 11-02-2025
“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb
16:23 / 11-02-2025
Prezident daha bir Əsasnaməni təsdiqləyib
16:19 / 11-02-2025
“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi” yubiley medalı təsis ediləcək
16:09 / 11-02-2025
Şolts Putinə mesaj göndərib
16:07 / 11-02-2025
Vəzifəli şəxslərə cinayət işi açılıb
15:45 / 11-02-2025
Polad və alüminiuma 25 faiz gömrük rüsumu tətbiq olunur
15:35 / 11-02-2025
AfD Almaniyadakı seçki mübarizəsində önə keçir
15:14 / 11-02-2025
Avropa anbarlarında təbii qaz ehtiyatı azalıb
14:30 / 11-02-2025
Dələduzluq edən şəxslər saxlanılıb
20:15 / 07-02-2025
![](/uploads/posts/2025-02/0000.jpg)
22:51 / 07-02-2025
![](/uploads/posts/2025-02/ermenistan-azerbaycan-bayraqlarijpg-1661418324.jpg)
11:14 / 09-02-2025
![](/uploads/posts/2025-02/51863952d9_dommm.jpg)
22:35 / 07-02-2025
![](/uploads/posts/2025-02/er-m-1.jpg)
18:06 / 07-02-2025
![](/uploads/posts/2025-02/ip-kr.jpg)
15:44 / 07-02-2025
![](/uploads/posts/2025-02/a123121f2a_anar-el.jpg)
19:33 / 08-02-2025
![](/uploads/posts/2025-02/zelze.jpg)
11:10 / 07-02-2025
![](/uploads/posts/2025-02/iran-rh.jpg)
10:57 / 09-02-2025
![](/uploads/posts/2025-02/osm.jpg)
20:28 / 09-02-2025
![](/uploads/posts/2025-02/ilon-mq.avif)
16:32 / 07-02-2025
![](/uploads/posts/2025-02/bur-im.jpg)
19:47 / 07-02-2025
![](/uploads/posts/2025-02/su-2.jpg)
Uruda gedən yol Laçından keçir - Musa Urud yazır
Tarix: 10-02-2025 20:26 | Bölmə: Xəbərlər
![Uruda gedən yol Laçından keçir](/uploads/posts/2025-02/musa-u.jpg)
Musa URUD,
Milli Məclisin deputatı
O mübarək günədək özünü Qərbi Azərbaycanlı elan etmiş Taleh Şahsuvarlıya və bu şərəfli missiyanın bütün daşıyıcılarına ithaf edirəm
Allah sənə insaf versin, Taleh! Bu gecə gözümü də yummamışam. "Tale adamı" məqaləni oxuyandan sonra səhəri diri gözlü açmışam. O dağlar, dərələr, çəmənlər, örüşlər, əkin-biçin yerləri, bağlarımız, bostanlarımız bir-bir gözümün qabağından gəlib keçdi. Dağıdılmış, talan edilmiş yurdlarımız, yağmalanmış ev-eşiyimiz, altı üstünə çevirilmiş məzarlarımız, məscidlərimiz, ocaqlarımız, pirlərimiz, uşaqlıq illərimizin, yaddaşımızın çiliklənmiş xatirələri dil açdı, əl uzatdı, məni səslədi. Çöldə külək vıyıldayır elə bilirəm Üçtəpənin yelidir, elə bilirəm Bazarçayın şırıltısıdır.
İnsanı söz yaradıb, deyirlər. Amma, məncə, insanı irəliyə aparan, milyon illərin o başından bu günümüzə gətirib çıxardan SƏS olubdur. O səsin dalınca gedən insan özünü tapıb, özünü təkmilləşdirib, özünü inkişaf etdirərək böyüyüb. İnsanlar səs-səsə verərək birləşib, tayfa olub, el-oba olub, millət olub.
Mən bu gecə o SƏS-i eşitdim. Bu Ümidin səsi idi, bu Torpağın, Suyun, Vətənin səsi idi. Bu səs Ruhun, Yaddaşın, Talenin səsi idi.
Gəl deyirdi,- bu SƏS!
Yaxşı ki, yaddaşlar hələ yerindədir, yaxşı ki, o yolları, cığırları tanıyan nəsil hələ sağdır.
Biz sağ ikən ora qayıtmalıyıq, o yolları, cığırları, aşırımları, gədikləri, döngələri babalarının adını daşıyan oğlanlarımıza tanıtmalıyıq. O dağıdılmış baba yurdlarını adlarını daşıyan nəvələr yenidən bərpa edəcəklər, dirçəldəcəklər, cənnətə döndərəcəklər.
Qayıtmağın şərtini və yolunu isə Ulu Öndər illər öncə müəyyən etmiş və bizə öyrətmişdir. Hələ ötən əsrin doxsanıncı illərində Ulu Öndər Heydər Əliyev böyük müdrikliklə və uzaqgörənliklə demişdir:
"Tarix böyükdür. Bir əsrdə olan hadisələr sonrakı əsrlərdə dəyişilə bilər. Biz, sadəcə, bu həqiqətləri əsərlərdə əks etdirməliyik. Ancaq nə vaxt, nə mümkün olacaq,- bunu tarix göstərəcəkdir. Biz məhz bu tarixi torpaqların bizə mənsub olmasını daim sübut etməliyik. Bu bizim geniş miqyasda işimizdir."
Biz məhz bu öyüddən dərs alaraq, bu tarixi missiyanı yerinə yetirmək üçün yola çıxdıq. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Liderliyi ilə nəsillərə nümunə olacaq şərəfli yol keçdik, döyüşdük, şəhidlır verdik, himnimizdə deyilən kimi,-" hərə bir qəhrəman oldu", nəhayət, 44 günlük Zəfər savaşından sonra arzularımızın ŞUŞA zirvəsinə qovuşduq. Dayandıq, toxdadıq, bir az nəfəs dərdik, daha sonra Ağdama, Laçına, Kəlbəcərə getdik. Ali Baş Komandan İlham Əliyevin qüdrətli əlləriylə qaldırılan, Xankəndinin baş meydanında şəstlə ucalan və qürurla dalğalanan ay-ulduzlu üçrəngli bayrağımız isə, "Qarabağ Azərbaycandır"-, nidasının əyani təcəssümü oldu!
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, yenilməz Azərbaycan Ordusu bu şanlı zəfəri ilə təkcə yeni tarix yazmadı, həm də yeni coğrafiya yaratdı!
Bu qələbə nəticəsində ərazi bütövlüyümüz təmin olundu, suverenliyimizin ərazisi genişləndi, qəddimiz dikəldi, mili varlığımız ucaldı, qürurumuz böyüdü.
Bu qələbə Ali Baş Komandan İlham Əliyevin hərbi, siyasi və diplomatik məharəti, səfərbəredici liderlik fəaliyyəti və şəxsi qəhrəmanlığı sayəsində əldə edildi.
Bu qələbə milli birliyimiz sayəsində mümkün oldu və Azərbaycanı qüdrətli dövlət kimi dünyaya tanıtdı, dövlətimizi siyasi cəhətdən də böyütdü.
Qələbənin, uğurun formulu çox sadədir: Müzəffər Komandan-müzəffər Ordu-müzəffər Xalq.
Qələbənin uğur simvolu isə heç şübhəsiz ki, Dəmir Yumruqdur-xalq, ordu, rəhbər birliyini əks etdirən və düşmənin başını ilan başı kimi əzən dəmir yumruq!
...Qarabağ yaylası Zəngəzur dağlarının davamıdır. Yolumuz o dağlara tərəfdir.
Yolum Zəngəzuradı,
Kəbəm, qibləm oradı.
Hər qayası bir ayə,
Hər dağı bir surədi.
Hər birimizin babamızın məzarı üstündə ürəyimizdən keçən sözlərimiz var, bu sözlər məhz elə Ali Baş Komandanın ürəyindən keçirdiyi və addım-addım reallaşdırdığı sözlərdir!
Bir Liderin ürəyindən keçən sözlər, onun xalqının hər bir sıra nəfərinin də ürəyindən keçirsə bu artıq Haqqın Sözüdür və Haqqın Özüdür!
Ali Baş Komandanın baba məzarı üstündə ürəyindən keçən sözləri inanıram ki, lap yaxın vaxtlarda Dünya eşidəcəkdir!
O gün hamımız ürəkdən deyəcəyik: Gözün aydın olsun, Vətən torpağı, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!
Və sonda, əziz dostum Taleh Şahsuvarlı, çox doğru və haqlı olaraq yazırsan ki, sən özünü Qərbi Azərbaycanlı elan etmisən!
Bəli hamımız bu gün Qərbi Azərbaycanıl olmalıyıq, sabahkı daha parlaq günlərimiz naminə bir yerdə olmalıyıq!
Qardaş qardaşı ilə, əl-əli ilə, el-eli ilə güclüdür!
İrəvanda görüşənədək!
Uruda gedən yol Laçından keçir
Zəng vurdum, açmadın telfonu, Taleh,
Nisgilim iynənin ucundan keçir.
Göyərən ümidin ünvanı birdi
Uruda gedən yol Laçından keçir.
Daşlar həmin daşdı, dağlar həmin dağ,
Göyərəni otdu, daşı göyərməz.
Anası ağlamaz sərvaxt igidin
Ağlar göz kor olar, yaşı göyərməz.
Getdi, qayıtmasın ağlar günləri
Daha ağlamağın zamanı deyil.
Cəsarət qılıncı mərd əlindədir
Mərd OĞUL deyəni zəmanə deyir!
Kim deyir dağ- dağa qovuşa bilməz,
Hünər körpü salar dərənin üstdən.
Bir igid nərəsi şimşək tək çaxar
Dağlar al geyinər qaranın üstdən.
Bir vaxt Qaragöl də qara xəyaldı,
İndi İşıqlının su aynasıdır.
Qara keşişlərin qara niqabın
O yurdlar biryolluq soyunasıdır.
Qaçqın çörəyinin dadı bilinməz,
Kündəsi küt gedər, ya da şit düşər.
Adını tarixə yazar, silinməz,
İgidin baxtına şəhidlik düşər!
Su murdar götürməz, torpaq da pakdır,
Vətən qəriblərin duzdax yeridir.
Gülü güllə ilə açılacaqdır
Zəngəzur tətikdə barmaq yeridir.
Haqqın yüz adı var, özü ki, birdi.
Qoymaz ayrı düşsün dağı qarından.
Şair karandaşı haqq elçisidi
Qəhrəman göyərdər hər yonqarından.
Qonaqlıq borcu var, Musa Urudun,
Qərbi Zəngəzura yolumuz da var.
Bizim həyətdəki qocaman tutun
Altına sərməyə xalımız da var!
Bölməyə aid digər xəbərlər

Dünən, 18:10
Onlayn qumar təşkil edən dəstə tutulub - Video
Dünən, 17:51
DİN-də qəbul: Şahnaz Bəylərqızı həbsdən buraxılacaq?
Dünən, 17:42
Abdin Fərzəliyevlə bağlı şok iddia yayılıb
Dünən, 16:23
Prezident daha bir Əsasnaməni təsdiqləyib
Dünən, 12:54
Dövlət Agentliyində sədr müavini təyinatı olub
Dünən, 10:00
Şamaxıda 27 yaşlı qız dəm qazından boğulub
Dünən, 08:43
Vaşinqton Pekinə dostluq mesajı verir
Dünən, 00:08
Gəncədə evdə qaz balonu partlayıb, xəsarət alan var
10-02-2025, 20:26
Uruda gedən yol Laçından keçir - Musa Urud yazır
10-02-2025, 19:22
Sabiq nazir Emin Əmrullayevin ittihamına cavab verib
10-02-2025, 18:26
Üç regional idarəyə rəis təyinatları olub
10-02-2025, 18:00
Bakıda qadın bıçaqlanıb
10-02-2025, 17:28
Bakıda Roma papasının adına katolik kilsə tikiləcək
10-02-2025, 17:04
Bakıda məktəbli qız binanın damından özünü atıb
10-02-2025, 16:54
Müğənni Dəniz Əsədova axtarışa verilib
10-02-2025, 16:15
Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub - Siyahı
10-02-2025, 16:11
Qərb Putini danışıqlara necə məcbur edə bilər?
10-02-2025, 15:42
Keçmiş icra başçısı kassasiya şikayəti verib
10-02-2025, 15:14
Azərbaycan və İran hərbçiləri müzakirə aparıblar
10-02-2025, 13:58
Tramp: “Ukrayna məsələsində irəliləyiş var”
10-02-2025, 11:10
Mask və Tramp orduda yoxlamaya start verirlər
10-02-2025, 08:51
Məşhur reper: “Yəhudilər ABŞ-ı məhv edir!”
10-02-2025, 08:38
Moskva Zelenskini qanuni prezident saymır
9-02-2025, 19:44
Goranboyda yol qəzası: ölən və yaralılar var
9-02-2025, 10:42
Marsda qeyri-adi xəzinə tapılıb - Fotolar
8-02-2025, 19:33
Hacıqabulda zəlzələ olub
8-02-2025, 11:16
İlon Mask prezident kürsüsündə təsvir olunub - Foto
8-02-2025, 11:05
69 yaşlı aktyorun dili tutulub
7-02-2025, 20:15
İlham Əliyev yeni parkın açılışında iştirak edib - Fotolar
7-02-2025, 18:01
Oleq Bakinskinin növbəti məhkəməsi keçirilib
7-02-2025, 17:52
Yeni nazirin atası: “O pullar gözbəbəyi kimi qorunmalıdır”
7-02-2025, 17:27
Elm və Təhsil Nazirliyində təyinat olub
7-02-2025, 15:45
Samir Şərifov daha bir vəzifəyə təyinat alıb
7-02-2025, 15:04
Şəhid Tərlan Məmmədov dəfn edilib
7-02-2025, 14:47
31 yaşdan yuxarı əsgərlər evə buraxılır
7-02-2025, 14:39
AzTV sədrinə iki müavin təyin olunub
7-02-2025, 14:31
Şəhid Müşfiq Quliyev dəfn edilib (Yenilənib) - Foto
7-02-2025, 12:54
Şəhid Elşad Tağıyev dəfn edilib
7-02-2025, 12:21
Kanalda batan 17 yaşlı oğlanın meyiti tapılıb
7-02-2025, 10:01
İrəvanda etiraz aksiyaları davam edir
7-02-2025, 09:09
Xəzər dənizində zəlzələ olub
7-02-2025, 08:09
Təkqütblü dünya dövrü sona çatır?
7-02-2025, 00:24
Hacıqabulda qatarda yanğın: zəhərlənənlər var
6-02-2025, 18:02
Famil Xəlilova hökm oxunub
6-02-2025, 17:38
Ağdərədə sakinlərlə görüş keçirilib - Fotolar
6-02-2025, 15:45
Qarabağ Universitetində Tibb fakültəsi açılacaq
6-02-2025, 15:14
İsrail əhalini Qəzzadan köçürür - Foto