Dövlət Agentliyində sədr müavini təyinatı olub
Tarix: 11-02-2025 12:54 | Bölmə: Xəbərlər
Dövlət Agentliyində sədr müavini təyinatı olub

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova yeni müavin təyin edilib.

Reyting.az
Yenicag.az-a istinadla xəbər verir ki, sözügedən vəzifəyə Əli Sabir oğlu Hacıyev təyinat alıb.

Ə.Hacıyev bu təyinatadək AAYDA-nın İnvestisiya Baş İdarəsinin rəisi olub. Bundan əvvəl isə iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər