16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Bu, qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-ın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

16:41 / 13-09-2025

Zahid Oruc: “Şagirdlərimizi kütləvi repetoturluqdan xilas etməliyik”
Tarix: 11-02-2025 17:33 | Bölmə: Slayd

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, "Paşa Holding"in dəstəyi ilə Bakıda İnsan İnkişafı Forumu start götürüb. Forumda Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin komitə sədri Zahid Oruc da çıxış edib.
Reyting.az-ın məlumatına görə, Zahid Oruc deyib ki, Azərbaycan dövləti inkişafının yeni mərhələsində mühüm çağırışlar qarşısındadır:
“Tariximizdə ilk dəfə, prezident İlham Əliyevin liderliyi altında qazandığımız qələbədən sonra təkcə yerləşdiyimiz regionda deyil, bütün dünyada xalqımızın layiqli yeri və rolu müəyyənləşir.
Bildiyiniz kimi, insan kapitalı 35 ildir ki, konkret elmi parametrlərə əsaslanır. Lakin ən güclü indeksi daşıyan millətlər belə, tarixən konfliktlər məkanı qafqazlarda əsrlərlə məğlub xalq durumunda yaşaya bilər. Son 200 ildə xalqımızın güclü elitasının formalaşdığı dövrlərdə milli nailiyyətlərimiz yalnız hərbi gücümüzdən asılı olub. İndi 35 il sonra tam əminliklə demək olar ki, 90-cı illərin savaşını nə xalq, nə də ordu uduzmuşdu, o dövrdə dövləti millətin qabaqcıl və aparıcı hissəsi idarə etmədiyi üçün məğlubiyyət qaçılmaz idi. Bəli, ikinci Qarabağ müharibəsinin nəticələri ilk növbədə, insan kapitalının gücü ilə birbaşa bağlıdır. Bir vaxtlar marşal Baqramyan öz ölkəsinin 100 yeniyetməsini seçib Moskvaya aparmışdı ki, onlar gələcəkdə sovet akademiyasının ön sıralarını tutacaqlar. Onun planı işlədi, həqiqətən onlarla erməni akademiki Sovetlər Birliyinin rəhbərliyinə yüksəldilər, sonra xalqımıza qarşı birinci müharibədə həlledici zərbəni də onlar vurdular. Lakin 2021-ci ildə, sabiq prezident Armen Sarkisyan məcburən dedi ki, biz elmdə, mədəniyyətdə, yaradıcılıqda, qlobal informasiya məkanında, nəhayət, ordu quruculuğunda prezident İlham Əliyevə uduzduq”.
Zahid Oruc qeyd edib ki, indi millətimizin 70 mindən çox qəhrəman oğlu sinələrində orden və medal daşıyır: “Ən böyük kapitalımız qalib azərbaycanlılardır. Dövlət quruculuğunda belə güclü resurs milli tarximizdə heç vaxt olmayıb. Uzun illər neftin hökmranlığı altında olan bir cəmiyyət - qara qızılın sənaye üsulu ilə çıxarılmağa başladığı 1847-ci ildən bu yana ilk dəfə, ölkəmiz tarixi sarsıntılardan və sınaqlardan qalibiyyətlə çıxan övladlara malikdir.
Bir tarixi fakta diqqət edək - 1918-ci ildə ali təhsillilərimizin sayı cəmi 418 nəfər təşkil edirdi. Əlbəttə, mədrəsələr xalqımızın təkcə dini, mənəvi deyil, həm də ilk təhsil ünvanlarından biri idi və Şərqin mütəfəkkirləri orada formalaşırdı. Lakin sovet illərində milli göstəricilərimiz həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyinə məruz qaldı. 1918-ci illə müqayisədə ötən əsrin 50-ci illərində orta məktəblərin sayı 900-ə, alimlərin sayı 1500-ə, ali təhsillilərin sayı 200 minə çatmışdı. İndi 4400-dən çox orta, 57 ali təhsil müəssisəsi, milyonlarla ali və orta ixtisas təhsilli mütəxəssis, 11 mindən artıq alimimiz var.
Cənab prezident 21-ci əsrdə Azərbaycan insanını dəyişdi, ona yeni milli kimlik qazandırdı. Son iki əsrin məğlubiyyəti və köçkünlüyü, qaçqınlığı, iqtisadi itkiləri hər bir azərbaycanlıda dərin məyusluq, öz gücünə inamsızlıq və komplekslər yaratmışdı. Bəli, qafqazlarda məğlubları, gücsüzləri sevmirlər. 2020-ci ilin müqəddəs müharibəsi təkcə ərazi bütövlüyü və suverenlik qazandırmadı, həm də milyonlarla insanı əqli, mental və kültür baxımından özgüvənə yiyələndirdi. 44 günlük Qurtuluş savaşımız bütöv Azərbaycan vətəndaşı formalaşdırdı. Ona görə də inqilabların ən böyüyü kapital uğrunda deyil, insanları mənən-ruhən bütövləşdirəndir”.
Komitə sədri bildirib ki, hazırda dünyada yalnız sistemli hərbi, siyasi-iqtisadi deyil, həm də ən başlıcası-idarəçilik böhranı yaşanır:
“Dünya tarixi göstərir ki, Amerika arzularının, Sinqapur\Yaponiya möcüzələrinin bir yaradıcısı var - savadlı insan-vətəndaş. “Beyin axını” sərvətlərin damla-damla azalması deməkdir. Biz şagirdlərimizi kütləvi repetoturluqdan xilas edib, orta məktəblərə-pedaqoji mühitə, canlı tədris prosesinə, mənən güclü şəxsiyyətlər kimi formalaşa biləcəkləri kollektivə qaytarmalıyıq. Yüksəliş müsabiqəsinin qaliblərinin dövlət idarəetməsinin bütün sferalarında yerləşməsi prosesi gedir.
İndi Amerika və dünya siyasətinin məhək daşlarını tərpədən Tramp administrasiyası idarəetmənin effektivliyi vəzifəsini uğur simvolu İlon Maska tapşıraraq, bütün sahələrdə qlobal dəyişikliklərə yol açır. Ölkəmiz də belə bir mərhələni yaşayır. Neftdən Yaşıl enerjiyə-Yaşıl Azərbaycan quruculuğuna keçid hər bir azərbaycanlının həyatında yeni təfəkkür və yanaşmalar deməkdir.
Bildiyiniz kimi, 1990-cı ildə BMT zirvə görüşündə “İnsan potensialının inkişafı” və “İnsan potensialının inkişafı indeksi” müəyyənləşdirildi. Beləliklə, təkcə gəlirlər deyil, insanın sağlamlığı, təhsil səviyyəsi, ətraf mühitin qorunması da xüsusi meyarlar kimi seçildi.
İnkişaf üçün belə formul antik dövrdə-hələ texnologiyanın və elmin inkişaf etmədiyi qədim zamanlarda da belə idi - filosof Aristotel deyirdi: “Sərvət bizim cəhd etdiyimiz nemət deyil, o, nəyinsə naminə faydalıdır”.
19-cu əsrin parlaq iqtisadçıları Adam Smit, Con Mill də iqtisadi artıma ali məqsədlərə nail olunmanın vasitəsi kimi baxırdılar.
1960-cı illərdən başlayaraq, işçi qüvvəsinin təhsil səviyyəsi və peşəkar hazırlığı ön yerə qoyuldu. İnsan kapitalı konsepsiyası inkişaf edərək, “Çikaqo məktəbi” və oranı bitirən 100 nəfər yapon haqqında gerçək uğur hekayəsini formalaşdırdı. Bəli, uğurlu ölkə olmaq üçün bilikli, sağlam və ictimai iştirak əmsalı yüksək olan insanların sayı çox olmalıdır. Ona görə də dünyada ən böyük və dayanıqlı gəlir insan kapitalına yatırılan sərmayədən alınır. Nəhəng şirkətlər - “Apple”, “Space X”, “Alibaba” və digərlərinin aktivləri bunu sübut edir.
Təkcə bir ölkə nümunəsi - 1970-ci illərdə İrlandiyanın 88 milyard dollarlıq ÜDM-i əsasən kənd təsərrüfatından formalaşırdı. 2017-ci ildə İrlandiyanın ÜDM-i 334 milyard ABŞ dollar təşkil edib. "Kelt pələng"i adını alan ölkə insan kapitalına ən çox invesitsiya siyahısında 1-ci oldu. Ona görə beynəlxalq siyasətdə “daha çox əraziyə” sahib olmaq ideyası “daha çox və daha keyfiyyətli insan kapitalı” formalaşdırmaq hədəfi ilə əvəz olunub.
İnsan Kapitalı İndeksi eləcə də uşaqların 18 yaşına qədər əldə edə biləcəyi insan kapitalının həcmini ölçür. 5 yaşa qədər yaşamanın mümkünlüyü, uşağın gözlənilən məktəb təhsili illəri, öyrənmənin keyfiyyət göstəricisi kimi ümumi yoxlama balları, yaşlanacaq insanların faizi, alçaq boylu olmayan uşaqların payı. Bu İndeksdə ilk beşlikdə olan ölkələrdən 4-ü Asiya qitəsini təmsil edir - Sinqapur (0.88), Cənubi Koreya (0.84), Yaponiya (0.84) və Hong Kong (0.82). Reytinqdə MDB ölkələrindən ən yüksək pillədə Qazaxıstan (31-ci sırada) qərarlaşır.
Dünya Bankının hesabatına əsasən, hazırda Azərbaycan İnsan Kapitalı İndeksi göstəricisinə görə 0.60 bal almaqla 157 ölkə içərisində 69-cu yerdə qərarlaşıb. Azərbaycanda 5 yaşına qədər uşaq ölümünün səviyyəsi azalır, o cümlədən, uşaqların ana südü ilə bəslənmə səviyyəsini artırmaqla, məktəbəqədər təhsil səviyyəsini gücləndirməklə nəticələrimizi daha da yaxşılaşdıra bilərik.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi və nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda rəqabətli insan kapitalının formalaşdırılması üçün əsas fəaliyyətlər-təhsilin, informasiya sistemlərinin, sosial sferanın inkişafına dair çoxsaylı proqramlar qəbul olunub, bir çoxu effektiv şəkildə yerinə yetirilib. Ona görə də dövlətimizin gələcək strateji hədəflərinə nail olmaq hər bir azərbaycanlının fəaliyyətindən asılıdır.
İndi qlobal təhlükəsizlik sistemi çökür və dünyanın yenidən bölüşdürülməsi gedir. Zaman sürətlə keçir və kimisə gözləmir. Ölkəmizə iqtisadiyyata bağlı olan, tədqiqatlara dayanan qabaqcıl universitetlər gərəkdir.
“Biliyin köhnəlməsi” deyilən bir fenomen var. Hər il yeni nəsil ayfonlar və Windows sistemlərinin dəyişdiyini görürük, lakin beyin proqramlarımızı yeniləməyi unuduruq. Ona görə də bizə bütün sahələrdə hərbi uğurumuzu təkrarlayan xüsusi təyinatlı-müəllimlər, həkimlər, inşaatçılar, mühəndislər, bir sözlə qalib insanlar gərəkdir. Texnofestə 100 minlərlə azərbaycanlı gənci qatıldı. Prezident dedi ki, gəncliyin simvolu Səlcuq Bayraktar olmalıdır”.
Z. Oruc yekunda bir daha vurğulayıb ki, Qarabağ son 200 ildə ən zəif yerimiz olub:
“İndi Ali Baş Komandan yeni qazanılan torpaqları təkcə ordu ilə yox, minlərlə gəncin elm və təhsil qalası olan Qarabağ Universiteti ilə qorumağa, o məkanı bütün Qafqazın güclü yerinə çevirməyə çalışır. Ona görə də deyirik-ən böyük sərvət insandır!”
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:20
Su problemi milyardlarla insanı risk altında qoyur
Bu gün, 11:35
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
Dünən, 22:16
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
Dünən, 17:54
Prezident Dövlət Proqramını təsdiqləyib
Dünən, 13:54
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
16-09-2025, 16:07
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
16-09-2025, 11:57
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
16-09-2025, 11:42
İlin ikinci Günəş tutulması baş verəcək
16-09-2025, 09:07
Okeanlarda 14 min ton qızıl var
15-09-2025, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15-09-2025, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
15-09-2025, 09:39
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər