İlin ilk Günəş tutulması başa çatıb - Yenilənib
Tarix: 29-03-2025 16:47 | Bölmə: Xəbərlər
İlin ilk Günəş tutulması başa çatıb

İlin ilk Günəş tutulması hadisəsi başlayıb.

Reyting.az-
ın məlumatına görə, bu, qismən Günəş tutulmasıdır.

Günəş tutulması saat 16:43:25-də sona çatacaq.

Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.

Bu təbiət hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.

Qeyd edək ki, tutulma hadisələri adi astronomik hadisədir və insanlar, ümumiyyətlə, canlılar üçün heç bir təhlükə törətmir.

***

2025-ci ilin ilk Günəş tutulması başa çatıb.

Reyting.az
xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 12:50:35-də başlayan tutulma hadisəsi 16:43:25-də yekunlaşıb.

Qeyd edək ki, tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edib.

Təbiət hadisəsi Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanın əhatə edib.




Bölməyə aid digər xəbərlər
29-03-2025, 16:31 USAID-in taleyi məlum olub
28-03-2025, 16:37 İmişlidə zəlzələ olub
21-03-2025, 09:08 Ağsuda zəlzələ olub