Zelenski prezident seçkilərinə hazırlaşır
Tarix: 31-03-2025 22:37 | Bölmə: Xəbərlər
Zelenski prezident seçkilərinə hazırlaşır

Ukrayna prezidenti Vladimir Zelenski öz komandasına ölkədə tam atəşkəsdən sonra prezident seçkilərinə hazırlaşmağı tapşırıb.

Reyting.az
xəbər verir ki, bu barədə “The Economist” yazıb.

Qeyd olunur ki, ölkədə yaxın vaxtlarda prezident seçkilərinin keçiriləcəyi ilə bağlı ilk təsdiq mayın 5-də, yəni mayın 8-də başa çatan hərbi vəziyyətin uzadılması ilə bağlı Ali Radanın səsverməsi üçün son tarixdə ola bilər.

Nəşr yazır ki, Ukrayna qanunvericiliyi prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası üçün ən azı 60 gün vaxt ayrılmasını tələb edir, ona görə də bu halda seçkilər iyulun 2-də başlaya bilər. Lakin bəzi mənbələr seçki kampaniyasının ən azı üç ay davam edəcəyini deyir: seçki orqanları parlamentə bildiriblər ki, seçici siyahılarını bərpa etmək üçün bu qədər vaxt lazımdır.

"İki ay əvvəl belə hesab olunurdu ki, Zelenski qəti şəkildə seçkinin əleyhinədir. Lakin martın ilk həftəsində Trampın onunla pis rəftarı Zelenskinin reytinqini artırıb (...) və görünür, o, planlarını dəyişib", - “The Economist” yazıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
29-03-2025, 16:31 USAID-in taleyi məlum olub
28-03-2025, 16:37 İmişlidə zəlzələ olub