“Melissa Group”un rəhbərini 7 ilədək həbs gözləyir
Tarix: 29-03-2025 15:30 | Bölmə: Xəbərlər
“Melissa Group”un rəhbərini 7 ilədək həbs gözləyir

Qanunsuz söküntü işləri ilə bağlı saxlanılan “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədova verilən ittiham məlum olub.

Reyting.az
xəbər verir ki, Qalib Məmmədova Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

İttiham öz təsdiqini taparsa təqsirləndirilən şəxs üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır(Report).

Qeyd edək ki, bu gün Xətai rayon Məhkəməsində Qalib Məmmədovun müdafiəçiləri tərəfindən verilən ev dustaqlığı ilə bağlı vəsatət rədd edilib və onun barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə iş icraçısı və ekskavotorun sürücüsü Eynullayev Qala Seymur oğluda məsuliyyətə cəlb olunub. Ona da eyni ittihamlar verilib və Xətai rayon Məhkəməsi onun barəsində təqdimat daxil olub. Onun barəsində də 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, martın 27-də tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, söküntü işləri müvafiq icazə olmadan aparılıb.

Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb. Eyni zamanda Q.Məmmədov martın 28-si faktla bağlı açılan cinayət işi çərçivəsində saxlanılmışdı.




Bölməyə aid digər xəbərlər
29-03-2025, 16:31 USAID-in taleyi məlum olub
28-03-2025, 16:37 İmişlidə zəlzələ olub
21-03-2025, 09:08 Ağsuda zəlzələ olub