Ukrayna Krımı vurmağa cəhd edib
Tarix: 25-03-2025 08:29 | Bölmə: Xəbərlər
Ukrayna Krımı vurmağa cəhd edib

Martın 25-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Krıma zərbə endirməyə cəhd göstərib. Bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirir ki, pilotsuz təyyarələr yarımadaya hücuma cəhd edib. Bir gecədə hava hücumundan müdafiə sistemləri Krım üzərində beş təyyarə vurub.

Martın 24-də Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Krımdakı Tarxankut burnunda yerləşən Qlebovskoye qaz-kondensat yatağına zərbə endirməyə cəhd göstərdiyini bildirib.

Martın 24-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Krasnodar vilayətində "Kropotkinskaya" neft nasos stansiyasına zərbə endirməyə cəhd edib. Nazirlik vurğulayıb ki, Ukrayna öz məqsədinə çatmayıb: obyektə doğru hərəkət edən pilotsuz təyyarə ondan 7 kilometr aralıda vurulub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
21-03-2025, 09:08 Ağsuda zəlzələ olub
17-03-2025, 15:19 Müğənni həbs edilib