Bakı-Varşava aviareysi təcili eniş etməyə məcbur olub
Tarix: 03-05-2025 10:09 | Bölmə: Xəbərlər
Bakı-Varşava aviareysi təcili eniş etməyə məcbur olub

Bu gün səhər saatlarında Bakıdan Varşavaya uçan “LOT Polish Airlines” aviaşirkətinə məxsus “Boeing 737” tipli hava gəmisinin kapitanı, göyərtədəki sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönmək qərarı verərək, məcburi eniş sorğusu göndərib.

Reyting.az
-ın məlumatına görə, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildiriblər.

Hava gəmisi saat 07:45-də Bakı hava limanına uğurla eniş edib. Enişdən dərhal sonra təyyarəyə tibbi xidmət əməkdaşları yönləndirilib, sərnişinə yerində ilkin tibbi yardım göstərilib. Həkimin qərarına əsasən, sərnişinin uçuşu davam etdirməsinə icazə verilməyib və o, tibbi nəzarətə götürülüb.

Eyni zamanda, kapitanın göstərişi ilə hava gəmisinin əlavə texniki baxışa ehtiyacı olduğu bildirildiyindən, digər sərnişinlər təyyarədən təxliyə edilərək hava limanında müvəqqəti yerləşdirilib.




Bölməyə aid digər xəbərlər