Dünyanın ən güclü əl lazeri ixtira edilib - Foto
Tarix: 05-06-2025 11:16 | Bölmə: Xəbərlər
Dünyanın ən güclü əl lazeri ixtira edilib

ABŞ-da dünyanın ən güclü əl lazeri ixtira edilib. Amerikalı ixtiraçı və bloger Entoni Dreyk 250 vatt sabit güc istehsal edən əl lazerini sınaqdan keçirib. Mütəxəssislərin fikrincə, yeni yaradılmış bu cihaz indiyə qədər yaradılmış ən güclü əl lazeridir.

Reyting.az
-ın məlumatına görə, E. Dreyk deyib ki, dükandan bir sıra diodlar, optika gərginlik tənzimləyicisi, voltmetr, temperatur sensoru, həmçinin gövdəsini özü hazırladığı lazer cihazını gücləndirən litium-ion batareyaları alıb. Bütün bunlar ixtiraçıya əl lazerini yığmaq üçün kifayət edib.

E. Dreykin ixtira etdiyi əl lazeri dərini alovlandırmağa, insanı dərhal kor etməyə qadirdir. Bu yeni əl lazeri qurğusu şüşəni əritməyə, həm də qalay vasitəsilə yandırmaq üçün də istifadə edilə bilər.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər