Paşinyan iyunun 20-də Türkiyəyə səfər edəcək
Tarix: 17-06-2025 15:22 | Bölmə: Xəbərlər
Paşinyan iyunun 20-də Türkiyəyə səfər edəcək

"Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 20-də Türkiyəyə səfər edəcək".

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

"Ermənistanın baş naziri Türkiyəyə səfər edəcək. Bütün regional məsələlər müzakirə olunacaq. Bu tarixi səfərdir, çünki bu, Ermənistan rəhbərinin bu səviyyədə ilk səfəridir",- o qeyd edib.




Bölməyə aid digər xəbərlər