Partiya sədri azadlığa buraxılıb
Tarix: 17-06-2025 16:19 | Bölmə: Xəbərlər
Partiya sədri azadlığa buraxılıb

Türkiyə prezidentini təhqir etmək, cəmiyyətdə nifrət aşılamaq ittihamları ilə həbs olunan Zəfər Partiyasının sədri Ümit Özdağ bu gün azadlığa buraxılıb.

Reyting.az
xəbər verir ki, İstanbul məhkəməsində keçirilən prosesdə hakim ona 2 il 4 ay 3 gün həbs cəzası kəssə də, indiyə qədərki həbs müddəti nəzərə alınaraq, məhkəmə zalında sərbəst buraxılıb.

E.ARAZ




Bölməyə aid digər xəbərlər