14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Rusiya bütün təyyarələrini əsas aviabazadan çıxarıb
Tarix: 17-06-2025 14:15 | Bölmə: Slayd
Rusiya bütün təyyarələrini əsas aviabazadan çıxarıb

Rusiyanın strateji aviasiyasının əsas mərkəzlərindən olan Engels-2 aviabazasında bir dənə də təyyarə qalmayıb.

Reyting.az
xəbər verir ki, bunu “Sentinel-2”nin peyk görüntüləri sübuta yetirir.

Xatırladaq ki, Engels-2 aviabazasından uzun müddət Ukraynaya kütləvi raket hücumları zamanı, eləcə də Suriyadakı əməliyyatlarda “Tu-160” və “Tu-95MS” strateji bombardmançı təyyarələrin buraxılması üçün istifadə edilib. Ancaq baza indi tamamilə boşaldılıb.

“Şəkillər yalnız mümkün saxta hədəfləri göstərir, real təyyarələri deyil”,- deyə hərbi müxbir Sergey Okunev bildirib.

Hələ 2023-cü ildə Rusiya təyyarələrin konturlarını betona çəkərək onların olmamasını ört-basdır etməyə çalışsa da, artıq bu üsul effektivliyini itirir.

Qeyd olunur ki, iyunun 1-də Rusiyanın dörd aviabazasını vuran Ukraynanın “Hörümçək toru” əməliyyatından sonra Moskva strateji aviasiyanın əsas qüvvələrini Uzaq Şərqə köçürüb.

Analitiklərin fikrincə, ən azı 7 “Tu-160” bombardmançı təyyarəsi Anadır, Yelizovo və Kazana, 11 “Tu-22M3” təyyarəsi Amur vilayətinə, bir neçə “Tu-95MS” isə Engelsdən köçürülüb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər