14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Kamran Əliyev iki rayona prokuror təyin edib
Tarix: 17-06-2025 16:09 | Bölmə: Xəbərlər
Kamran Əliyev iki rayona prokuror təyin edib

Baş prokuror Kamran Əliyev Kamal Əhmədovu Gədəbəy rayon prokuroru təyin edib.

Reyting.az
xəbər verir ki, bunu Baş Prokurorluqdan bildiriblər.

Qeyd edilib ki, 2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Kamal Əhmədov əvvəllər Kürdəmir rayon prokurorluğunda müstəntiq və böyük müstəntiq, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq və böyük müstəntiq vəzifələrində işləyib.

***

Baş prokuror Kamran Əliyevin digər əmri ilə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru təyin edilib.


Qeyd edək ki, 2007-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Şahin Şükürov əvvəllər Ağcabədi, Şəmkir və Suraxanı rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, habelə Baş Prokurorluğun müxtəlif idarələrində idarə və şöbə prokuroru vəzifələrində işləyib.




Bölməyə aid digər xəbərlər
12-06-2025, 00:23 TV rəhbəri həbs olunub