13:06 / 16-06-2025
Sabah yağış yağacaq
10:12 / 16-06-2025
İsmayıllıda hotel yanıb
İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub
Tarix: 16-06-2025 13:01 | Bölmə: Xəbərlər
İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub.

Reyting.az
 xəbər verir ki, bu məlumatı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə verib.

Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu, habelə İsraildəki səfirliyi ölkə vətəndaşlarının qaynar xəttlərə daxil olan müraciətlərini nəzərdən keçirir və zəruri tədbirlər görür: "Bununla əlaqədar, ilkin olaraq, İrandakı səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhədindən keçidi təmin olunub. Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir".




Bölməyə aid digər xəbərlər
12-06-2025, 00:23 TV rəhbəri həbs olunub