17:06 / 08-08-2025
Marsdan maraqlı fotolar...
30 yaşlı kişi "Niasitol"dan zəhərlənərək ölüb
Tarix: 12-06-2025 08:52 | Bölmə: Xəbərlər
30 yaşlı kişi "Niasitol"dan zəhərlənərək ölüb

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Reyting.az
APA-ya istinadla bildirir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Kənd sakini 1995-ci il təvəllüdlü Y. İbrahimov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 30 yaşlı kişiyə tibbi yardım edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Y. İbrahimov mal-qaranın dezinfeksiyasında istifadə olunan "Niasitol" adlı kimyəvi maddədən zəhərlənib.

Azyaşlı uşaq "Niasitolu" pivə bakalına töküb, Y. İbrahimov isə bilmədən onu içib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər