14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Ukrayna daha 428 hava hədəfini zərərsizləşdirib
Tarix: 17-06-2025 16:37 | Bölmə: Dünya
Ukrayna daha 428 hava hədəfini zərərsizləşdirib

Rusiya Müdafiə Nazirliyi iyunun 17-nə keçən gecə Ukraynaya genişmiqyaslı hücumu qiymətləndirib.

Reyting.az
-ın xəbərinə görə, ruslar Ukraynaya zərbələr endirmək üçün havadan, dənizdən və qurudan raketlərdən, həmçinin, ehtimal ki, “Şahed” dronlarından istifadə ediblər.

“Bu gecə Rusiya Federasiyası Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətində və Zaporojyedə yerləşən hərbi-sənaye kompleksinin obyektlərinə yüksək dəqiqlikli hava, quru və dəniz silahlarından, eləcə də pilotsuz uçuş aparatlarından qruplaşdırılmış zərbələr endirib. Zərbələrin məqsədinə nail olunub. Müəyyən edilmiş bütün obyektlər vurulub”,- məlumatda qeyd edilir.

Ukrayna Müdafiə Qüvvələri isə bu gecə 428 hava hədəfini zərərsizləşdirib. Ümumilikdə, ruslar 472 hava hücumu silahı ilə hücum edib, zərbənin əsas istiqaməti Kiyev olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər