Zəlzələ Kamçatkanı cənub-şərqə doğru sürüşdürüb
Tarix: 05-08-2025 15:20 | Bölmə: Xəbərlər
Zəlzələ Kamçatkanı cənub-şərqə doğru sürüşdürüb

İyulun 30-da baş vermiş güclü zəlzələdən sonra Kamçatka yarımadasının cənub hissəsi demək olar ki, 2 metr cənub-şərqə doğru sürüşüb.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzinin Kamçatka bölməsindən bildiriblər.

Qeyd olunur ki, geodinamik müşahidələrin nəticələrinə əsasən, ilkin hesablama aparılıb. Bu zaman məlum olub ki, yarımada cənub-şərq istiqamətində hərəkət edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər